İnsaf qəzeti

İnsaf qəzeti — 1913-cü ildən nəşr olunan qəzet.

İnsaf
Növ qəzet
Yaranma tarixi 1913

Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı.

«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi[1] .

«İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır.

  1. "Pərvanə Məmmədli. MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911) səh 7" (PDF). 2021-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-03.