İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti

İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti — Qərargahı Nyu-York şəhərində yerləşən insan hüquqları təşkilatı. Birləşmiş Ştatların ən qədim insan hüquqları təşkilatı olduğunu iddia edən İHBC öz missiyasını "öz vətənlərində ədalətli və vətəndaş cəmiyyətinin ideallarını təbliğ etmək üçün həyatlarını təhlükə altına alan insan hüquqları müdafiəçiləri" kimi təqdim edir.

İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti
Yaranma tarixi 1942
Mərkəzi
Prezident Robert Arsenault
ilhr.org

İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti ilk olaraq XIX əsrin sonlarında Fransada təsis edilən Fransa İnsan Hüquqları Cəmiyyətinin tərkibində yaradılmışdı. Həmin qrup 1942-ci ildə Nyu-Yorkda Avropa qaçqınları və Amerika Vətəndaş Azadlıqları Birliyinin təsisçisi olan Roqer Naş Boldvin tərəfindən bərpa edilmiş və 1976-cı ilədək Bəşər Hüquqları üzrə Beynəlxalq Cəmiyyət kimi tanınmışdır. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) ona məsləhətçi statusunu verdi. İHBC həmçinin dünyada 40-dan çox insan hüquqları təşkilatını özündə birləşdirən BMT-nin Şimali Koreyada insanlıq əleyhinə cinayətlərə qarşı mübarizə üzrə Beynəlxalq Koalisiyasının üzvüdür.[1]

İnsan Hüquqları Beynəlxalq Cəmiyyətin prezidenti Robert Arsenault, icraçı direktoru isə Luis Kantroudur.

İHBC-in internet domen adı 3 iyun 2014-cü il tarixində başa çatıb və yenilənməyib.[2] Onun köhnə veb ünvanı indi istehlak mallarının kuponları olan bir səhifədir. Bununla yanaşı təşkilat 2018-ci ilədək mətbuatda bildirildiyi kimi vətəndaş cəmiyyəti və insan hüquqları ilə məşğul olan şəxslərə "Karl von Osetskiy medalı” mükafatını verməyə davam edir.

  1. "Human Rights Groups Call on UN Over N.Korea Gulag". article. Chosun Ilbo. April 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2012.
  2. "NOTICE: This domain name expired on 6/23/2014 and is pending renewal or deletion". GoDaddy.com. Godaddy.com. 23 June 2014. Archived from the original on 23 June 2014. İstifadə tarixi: 6 January 2019. NOTICE: This domain name expired on 6/3/2014 and is pending renewal or deletion. Welcome to: ilhr.org This Web page is parked for FREE, courtesy of GoDaddy.com GoDaddy.com.