İnsolyasiya

Yer atmosferinin yuxarı hissəsində və planetin səthində illik insolyasiya
Yer atmosferinin yuxarı hissəsində və planetin səthində illik insolyasiya

İnsolyasiya — müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfüqi səthə (1 sm²) düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhəddində insolyasiya günəş sabiti adlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məsələn, divar) və maili səthə (yamac) axını da insolyasiya kimi başa düşülür.[1]

İnsolyasiya cəhəti

[redaktə | mənbəni redaktə et]

İnsolyasiya cəhəti dünyanın cəhətlərinə və horizontun müstəvisinə görə səthin (dərənin, yarğanın, dağın, təpənin, yüksəkliyin və digər formaların) vəziyyətidir. Bu, müəyyən yerdə və ilin müəyyən zamanında səthin günəş şüaları ilə işıqlanma müddətini və intensivliyini təyin edir. İnsolyaisya cəhəti xüsusilə dağ rayonlarında iqlimə təsirini göstərir. Həmçinin, yamaclarda iqlimin diferensasiyasına, torpağın, bitkinin müxtəlifliyinə səbəb olur. Dağlarda müxtəlif insolyasiya cəhətlərində landşaft qurşaqlığı strukturunda, qar sərhəddinin yüksəklik vəziyyətində fərq müşahidə olunur.[2]

Dünya üzrə insolyasiya xəritələri

[redaktə | mənbəni redaktə et]

Günəş radiasiyası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı-Elm-2003.
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.