İntel i486DX2

İntel i486DX2 (= 80486DX2, 486DX2, 80486D/2, 486D/2, 80486D2, 486D2, D2) — 1992-ci ildə İntel firması tərəfindən bəzi i486DX mikroprosessorlarının daha məhsuldar yeniləşdirilməsi kimi buraxılmış mikroprosessor. i486DX2 ikiqat tezlikdən istifadə edir, yəni onun işləmə sürəti takt siqnalının tezliyinin iki dəfə artması hesabına ikiqat artıb. i486DX2’dən istifadə olunması sisteminin ümumi məhsuldarlığını artırır, lakin onu ikiqat artırmır, çünki tezliyin artması yalnız mikroprosessorun daxili əməliyyatlarında özünü göstərir, sistemin qalan hissələrinə təsir etmir. Məsələn, i486DX2’nin 50-MHs modelinin daxili tezliyi 50 MHs-dir, lakin kompüterin digər qurğuları 25 MHs tezliklə işləyir; Buna baxmayaraq, i486DX2 mikrosxeminin işində kənar effekt də mövcuddur: sürəti artdığından o, daha çox istilik verir; yüksək istilik ayrılması ilə bağlı mikroprosessorda zədələnmənin qarşısını almaq üçün kompüter istehsalçıları mikrosxemdə soyutma qurğusu (COOLER, HEAT SINK) quraşdırırlar.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]