İntellektual şəbəkələr arxitekturu

Geniş mənada intellektual şəbəkə ideyası xidmətlərin göstərilməsi funksiyalarının kommunikasiya funksiyalarından ayrılmasından ibarətdir, yəni kommunikasiya funksiyaları baza əlaqə şəbəkəsində "qalır", idarəetmə, xidmətlərin yaradılması və gətirilməsi funksiyaları isə baza şəbəkəsindən ayrı yaradılan "intellektual" üstquruma daxil edilir. Baza əlaqə şəbəkəsi və "intellektual" üstqurum arasında qarşılıqlı əlaqə standartlaşdırılmış interfeyslər vasitəsilə həyata keçirilir. Bu cür yanaşma rabitə operatorlarına "intellektual" hssəni ayrı-ayrı (çox zaman mərkəzləşdirilmiş) qovşaqlarda cəmləşdirməyə və "intellektin" bütün şəbəkə elementlərində paylanmasının qarşısını almağa imkan verir (çünki bu həmişə mümkün deyil və çox zaman iqtisadi cəhətdən əlverişli olmur). Baza şəbəkədən ancaq "intellektual" şəbəkə resurslarına girişin təmin edilməsi tələb olunur.

İntellektual şəbəkə texnologiyası ancaq kommutasiya sisteminin modernləşdirilməsi ilə bütöv bölgənin və hətta bir neçə bölgənin abunəçilərinə köklü şəkildə yeni növ xidmətlərin verilməsinə imkan verir. Bu zaman onlarda müxtəlif avadanlıqalrın istifadə edilməsi o qədər də əhəmiyyət kəsb etmir, çünki intellektual şəbəkələrin arxitekturası rabitə şəbəkəsinin növündən asılı deyil. Lakin onların istifadəsinin effektivliyinə xidmətlərə giriş üsulları, siqnallaşma sistemləri, marşrutlama üsulları və digər faktorlar təsir edir.

İntellektual şəbəkə xidmətlərini müxtəlif sistemlərin əsasında həyata keçirmək olar. Ümumi istifadə şəbəkələri üçün adətən ITU (International Telecommunication Union) və ETSI (European

Telecommunications Standards Institute) spesifikasiyalarına uyğn olan arxitektur istifadə edilir. Bu arxitektura uyğun olaraq xidmətlərin göstərilməsi üçün kommutasiya sistemi əsasında xidmətlərin kommutasiyası qovşaqları (SSP — service switching point) və xidmətlərin idarə edilməsi qovşaqları (SCP — service control point) daxil edilməlidir

SSP qovşağı əsas xidmətlərin verilməsi prosesinin idarə edilməsi üzrə funksiyaları özündə saxlayan və əlavə proqram təminatı ilə təchiz edilmiş kommutasiya sistemidir. O, intellektual şəbəkəyə aid olan çağrışlara xidmətin göstərilməsinin müxtəlif alqoritmlərinin işə salınmasını təmin edir, xidmətlərin idarə edilməsi qovşağından (SCP) daxil olmuş göstərişləri yerinə yetirir, intellektual şəbəkə çağrışlarına xidmət prosesinə nəzarət edir və çağrışlar prosesindəki müvafiq dəyişikliklər haqqında xidmətlərin idarə edilməsi qovşağına (SCP) məlumat verir.
Xidmətlərin idarə edilməsi qovşağı (SCP) bütün intellektual şəbəkədə xidmətlərinin göstərilməsi imkanlarının proqram realizasiyasını həyata keçirir və onun digər elementləri ilə qarşılıqlı əlaqə protokollarını təmin edir və verilənlər bazasını dəstəkləyir. Xidmətlərin kommutasiyası qovşağı (SSP) xidmət istifadəçisi tərəfindən yığılan nömrəyə uyğun oalaq xidmətlərin idarə edilməsi qovşağına (SCP) sorğu göndərir. Bu qovşaqda telefon nömrəsi təyin olunmuş alqoritm üzrə yığılır və xidmətlərin kommutasiyası qovşağına bu nömrəyə müvafiq birləşmə yaratmaq üçün göstəriş verilir və birləşmə yarandıqdan sonra istifadəçi ona lazım olan informasiyanı alır.

Xidmətlər yaradılan qovşaq (SCEP — (service creation environment point) xidmətin parametrlərinə nəzarət və idarəetmə, həmçinin onlara dəyişikliklər edilməsi və testləşdirilməsi imkanlarını həyata keçirir.

Xidmətlərin menecmenti qovşağı (SMP — service management point) intellektual şəbəkənin xidmətlərinə çağrışlar haqqında informasiyanın toplanmasını və müəyyən xidmətlərin göstərilməsi üçün lazım olan verilənlərin modifikasiyasını təmin edir. Operatorlar SMP qovşağını xidmətlərin tənzimləmələri haqqında informasiyanı saxlayan verilənlər bazasının monitorinqi və idarə edilməsi üçün istifadə edir, statistikanı və həyəcan siqnallarını toplayır, çağırışlar və hadisələr haqqında statistikanı yadda saxlayır.

Şıxəliyev R. H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2017, 143 səh.