Bu məqaləni vikiləşdirmək lazımdır. |
İnterleykinlər — sitokininlərin bir qrupu olub, ilk dəfə olaraq ağ qan hüceyrələrində müşahidə edilmişdir. Hal hazırda 20 — yə qədər interleykin növü aşkar edilmişdir. İnterleykinlər immun sisteminin aktivləşdirilmiş hüceyrələri , xüsusilə də əksər qrup interleykinlər T helper hüceyrələri tərəfindən sintez olunur.
İki formada mövcuddur. İnterleykin 1 alfa və İnterleykin 1 beta. İnsanlarda dominant forma İL — 1α dır. İnterleykin 1 in əsas produsentləri monositlər və makrofaqlardırlar. Onların bioloji effektləri 4 qrupa bölünür.immunoloji, iltihab, qanyaradıcı və sistemlərarası effektlər. İnterleykin 1 yerli və ümumi iltihabın inkişafında mühüm rol oynayır. İnterleykin 1 endoteliositlərin adgeziya xüsusiyyətlərini yüksəldir, neytrofillərin hərəkətliliyini artırır, bir çox iltihab hüceyrələrinə hemoattraktant kimi təsir göstərir, iltihab sahəsindəki hüceyrələri aktivləşdirir. İnterleykin 1 həmçinin immun, sinir və neyrokrin sistemlərin arasındakı siqnalların ötürülməsində mühüm funksiya yerinə yetirir.
İnterleykin 2 əsasən T helperlər tərəfindən sintez olunur. İnterleykin 2 nin təsir etdiyi hüceyrələr aktivləşdirilmiş limfositlər və təbii killerlərdir. Belə ki, o , T limfositlərin bölünməsini, T killerlərin differensiasiyasını , T helperlərin isə γ interferon sintez etməsini təmin edir. İnterleykin 2 aktivləşdirilmiş B limfositlərin böyümə faktorlarından biri hesab olunur. Onun təsirindən İgM, İgG və İg A sintezi sürətlənir. O təbii killerlərin sitotoksiki aktivliyini yüksəldir.
İnterleykin 3 1981 cildə T hüceyrələrinin differensiasiya faktoru kimi təsvir olunmuşdur, sonralar isə müəyyənləşdirilmişdir ki, o hemopoezin ilkin mərhələsini stimulyasiya edən polipoetin xassəli sitokindir. T helper hüceyrələri tərəfindən sintez olunurlar. Həmçinin B limfositləri , mieloid hüceyrələr, sümük iliyinin stromal hüceyrələri və digər hüceyrələr də onları sintez edə bilər. İnterleykin 3 eozinofilləri aktivləşdirir, təbii killerlərin inkişafını isə zəiflədir.
1981 cildə B limfositlərin böyümə faktoru kimi müəyyən edilmişdir. Əsasən Th-2 lər tərəfindən sintez olunurlar. Onları həmçinin mastositlər və B limfositləri də sintez edirlər. İnterleykin 4 ün əsas hədəf hüceyrəıləri B limfositləridir. O bu hüceyrələrə digər faktorlardan daha tez təsir göstərir.
Əsasən Th-2 hüceyrələri tərəfindən sintez olunurlar və əsas hədəf hüceyrələri isə B limfositləri və eozinofillərdir.
İnterleykin 6 immunoloji cavab və ihtihab reaksiyalarının ən aktiv sitokininlərindən biridir.