İntiqam Əmirov

İntiqam Sədi Oğlu Əmirov ({{DVTY}} şablonu boşdur) — Azərbaycanlı şəhid.

İntiqam Əmirov
İntiqam Sədi Oğlu Əmirov
1.312 × 1.644 pikselpx
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qərbi AzərbaycanTumanyan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Ağdərə
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-1993
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əmirov İntiqam Sədi oğlu 9 avqust 1972-ci ildə Qərbi Azərbaycanın Tumanyan rayonunun, Ayrım kəndində anandan olmuşdur.O, 1988-ci ildə Ayrım kənd orta məktəbinə qədəm qoysa da məlum hadisələrlə əlaqədər olaraq ailəsi ilə birlikdə Azərbaycana köçüb gədikdən sonra təhsilini Gəncə şəhər 2 saylı orta məktəbdə davam etdirmiş və orta məktəbi bitirdikdən sonra 77 saylı peşə məktəbində çilingər peşəsinə yiyələnmişdir. [1]

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

İntiqam Əmirov 1990-cı ildə həqiqi hərbi xidmətə çagırılmış, Nasosnu deyilən yerdə sıravi əsgər kimi xidmət edib 1992-ci ildə geri qayıtmışdır.İntiqam Əmirov Gəncə şəhəri Xalça kombinatında mühəndis kimi işə düzəlmiş, həmin ilin oktyabr ayında ailə qurmuş və bir qız övladı dünyaya gəlmişdir. O, həmişə ermənilərə nifrət etmiş, azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələrə dözə bilməyib öz istəyi ilə 29 aprel 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanmış və 703 saylı Gəncə batalyonunda xidmət etmişdir. İntiqam Əmirov tez bir zamanda zabit-əsgər heyətinin hörmətini qazanmış, komandiri tərfindən ona verilmiş döyüş tapşırıqlarını vaxtında və uğurla yerinə yetirmiş, cəsur döyüşçü olmuşdur. Əmirov İntiqam Sədi oğlu 27 iyul 1993-cü ildə Ağdərə rayonunun Levonarx kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Məhkəmənin 2-171 2001-ci il tarixli qərarına əsasən İntiqam Əmirov itkin düşdüyü, yəni 27 iyul 1993-cü il tarixdən etibarən şəhid elan edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "GƏNCƏ ŞƏHİDLƏRİ". 2022-03-23 tarixində arxivləşdirilib.