İntiqam Zairov

İntiqam Zairov (21 aprel 1985, Bakı) — Azərbaycanlı ağır atletdir. Azərbaycanı 20082012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir.

İntiqam Zairov
İntiqam Zairov
Şəxsi məlumatlar
Tam adı İntiqam Zairov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Ağır atletika
Boyu 168 sm.
27 dekabr 2015 tarixində yenilənib.

Həyatı[redaktə | mənbəni redaktə et]

İntiqam Zairov 21 aprel 1985-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Bakı şəhərində anadan olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

İntiqam Zairovun ən böyük uğuru 2009-ci ilə təsadüf edir. O həmin il Avropa Çempionu olmuşdur. İntiqam Zairov 2008-ci ildə Yay Olimpiya Oyunlarında iştirak etdi və 9-cu yeri tutdu. 2012 Yay Olimpiya Oyunlarında isə İntiqam Zairov 6-cı yeri tutdu.

İntiqam Zairov 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanmışdır.

Uğurları[redaktə | mənbəni redaktə et]

Avropa Çempionatı - 2009 , 2009

İslam Həmrəyliyi Oyunları - 2013

İstinadlar[redaktə | mənbəni redaktə et]