İnvaziv (lat. invadere - "içəri, daxilə girirəm", "təcavüz") tibbi termin. Xəstəliyin müalicəsi və diaqnostikası məqsədi ilə tətbiq olunan "ağrılı", "qanlı", daxilə girmək üçün orqanizmin təbii örtüyünü - baryerini keçməklə aparılan müdaxilələrə, daha doğrusu onların xarakterinə təbabətdə verilmiş ümumi ad. Məsələn, qan təzyiqinin ölçülməsinin təbabətdə iki üsulu mövcuddur: invaziv - Korotkov üsulu - "qanlı" - "birbaşa" - bilavasitə arteriyaya yeridilmiş kanülə vasitəsilə ölçülmə və qeyri invaziv - "qansız" və ya Riva Roççi - bazuya bağlanmış manjet vasitəsilə ölçülmə. Döş qəfəsinin ultrasəs müayinəsi ağrısız və ya qansız olduğu üçün qeyri invaziv, plevra və ya perikardın punksiyası isə "ağrılı", "qanlı" üsul olduğu üçün invaziv metod adlanır.