İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir.
Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.