İonosfer- atmosferin 50 (80) km-dən yuxarıda yerləşən ionlaşmış qatı.[1]
İonosferin yuxarı sərhəddi şərti olaraq 15-20 min km götürülür. İonlaşma qısa dalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s. təsiri nəticəsində baş verir. Maksimum ionlaşma gecə 300-400 km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İonosferdə temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. Buna görə İonosferə Termosfer də deyilir.[2]