Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.(may 2024) |
İordaniyanın dövlət quruluşu — 1952-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
İordaniyanın dövlət quruluşu | |||||
---|---|---|---|---|---|
المملكة الأردنية الهاشمية (əl-Məmləka əl-Ürduniyə əl-Haşimiyə) | |||||
| |||||
الله، الوطن، الملك (Allah, Vətən, Kral) | |||||
Himn: السلام الملكي الأردني (Əs-səlam əl-məlaki əl-ürduni) |
|||||
Paytaxt | Amman | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
kral | II Abdallah [ 7.II.1999 ] | ||||
baş nazir | Abdullah Nsur [11.X.2012 ] | ||||
Sahəsi | Dünyada 112-ci | ||||
• Ümumi | 92000 km² | ||||
• Su sahəsi (%) | 0,8 | ||||
Əhalisi | |||||
• Əhali | 6 920 min nəfər (101-ci) | ||||
• Siyahıyaalma (2.X.2004) | 5 103 639 nəf. | ||||
• Sıxlıq | 75 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 79,6 milyard dollar (89-cu) | ||||
• Adambaşına | 11 900 dollar (120-ci) |
İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
İordaniya 52 rayondan ibarət olan 12 muhafaza (Aclun, Akaba, Amman, Balka, Caraş, Zarka, İrbid, Karak, Maan, Madaba, Mafrak və Tafila quberniyalarına) bölünür.
Mövcud Konstitusiyaya görə ölkədə bütün hakimiyyət istisnasız olaraq Kralın və onun Nazirlər Şurasının əlində cəmlənmişdir.
Baş nazirin rəhbərlik etdiyi Hökumətin tərkibini, habelə bütün məhkəmə korpusunun hakimlərini və qubernatorları təyin etmək, Parlamentin qəbul etdiyi bütün qanunları imzalamaq və ya onlara veto qoymaq, Aşağı Palataya (Deputatlar Palatası) seçkiləri təyin etmək, Deputatlar Palatasını və Senatı buraxmaq, Senatın üzvlərini və spikerini təyin etmək və yaxud onların istefasını qəbul etmək, mülki və hərbi rütbələrlə təltif etmək, əfv fərmanı vermək və məhkəmənin qərarını ləğv etmək, Konstitusiyaya dəyişiklikləri təsdiq etmək, müharibə elan etmək və sülh bağlamaq və s. mühüm səlahiyyətlərə malik olan Kral dövlətin başçısı və İordaniyanın quru, hərbidəniz və hərbi-hava qüvvələrinin ali baş komandanıdır.
İkipalatalı İordaniya Parlamenti — Yuxarı Palata olan Ayanlar Məclisindən (60 yer; tərkibinin yarısı 2 ildən bir yenilənmək şərti ilə, üzvləri Kralın sərəncamı ilə ölkənin görkəmli nümayəndələri arasından 4 illik müddətə təyin edilirlər) və 120 yerlik Deputatlar Palatasından (Aşağı Palatada 9 yer xristianlar, 3 yer çərkəz və çeçenlər, 12 yerlik kvota isə xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuşdur) ibarətdir.
Parlament ənənəvi qanunvericilik hakimiyyətini Kralla birlikdə həyata keçirir. Kralın qanunlar üzərinə qoyduğu veto hər iki palatanın 2/3 səs çoxluğu ilə ləğv edilə bilər. Konstitusiyaya əsasən Kral Parlamenti buraxa və bir il ərzində dövləti Parlamentsiz idarə edə bilər.
Kral Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti vasitəsilə icra hakimiyyətini həyata keçirir.
Dövlətin daxili və xarici siyasət strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində kifayət qədər geniş səlahiyyətlərə malik olan Nazirlər Kabineti, ümumi siyasət məsələləri üzrə fəaliyyətinə görə Deputatlar Palatası qarşısında kollektiv və fərdi məsuliyyət daşıyır.
Nazirlər Kabineti ilk növbədə, fəaliyyət proqramını Parlamentə təqdim edərək onun etimadını qazanmalı və daha sonra funksiyalarının icrasına başlamalıdır. Mövcud Konstitusiyaya görə, Deputatlar Palatası Hökumətə etimadsızlıq göstərdiyi təqdirdə, Nazirlər Kabineti tam tərkibdə istefaya getməlidir.
Mövcud Konstitusiyaya əsasən ölkədə mülki, dini və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Ən yüksək məhkəmə instansiyası sayılan Kasasiya Məhkəməsi, habelə Apelyasiya və birinci instansiya məhkəmələri İordaniyada mülki məhkəmə hakimiyyətini həyata keçirir.