İpəktük köpəkdilotu

İpəktük köpəkdilotu (Elmi adı - Cynoglossum holosericeum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik və ya ikiillik ot bitkisidir. Gövdəsi 40-60 sm hündürlükdədir. Kökətrafı yarpaqları çoxsaylı neştərşəkilli, 25 sm-ə qədər uzunluqda, 2-2,5 sm enindədir, itisaplaqlı, ortada yerləşən saplaqları oturaq, ağ tüklüdür. Çiçəkləri əvvəlcə başcıq çiçək qrupunda toplanır. Kasacığı 3-4 mm uzunluğunda, sıxtüklü, uzunsov, iti hissəlidir. Çiçək tacı bənövşəyi –qırmızı, 7-8 mm diametrində, qısa boruludur. Erkəkcikləri qısa saplı, tozcuqları uzunsovdur. Fındıqcası 6-7 mm uzunluğunda, yumurtavaridir. Həlqəsi yastı, ensiz, bir qədər yuxarıya qalxımış kənarlıdır, üzəri seyrək tikanlarla örtülmüşdür.[2][1]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun-iyul, meyvəverməsi iyul-avqust aylarına təsadüf edir. Alp qurşaqlarında, daşlı yamaclarda Cirsium Mill. Cinsi növlərinin dominantlıq təşkil etdiyi yerlərdə rast gəlinir. Dərman bitkisidir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Daşlı yamaclarda və qaya töküntülərində bitir. [3]Böyük Qafqazın Quba sahəsi və qərb hissəsidir.[4][5][6]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi iqlim təsirlərinə məruz qalması azalma tendensiyasını yaradır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Dəyişkən iqlim amillərinə həssaslığı, sayının azlığı areallarının ekstermal iqlim şəraitli ərazilərdə olmasıdır.[7]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi qoruma ərazilərində rezervasiyasının və növün mütəmadi monitorinqinin aparılmasının təşkil edilməsidir. Toxumla çoxalan bitki olduğundan toxumlarının yığılması vacibdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
  2. Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri.ıı nəşr Bakı-2013
  3. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  4. Флора Азербайджан, 1957.
  5. Мехтиева Н.П., Керимов В.Н., 2007.
  6. Əsgərov A.M., 2006
  7. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012.