İqnimbrit

İqnimbrit — vulkanik kül axınlarının və qızmar vulkanik duman çöküntülərinin konsolidasiyası nəticəsində əmələ gələn vulkanik süxur; anlayış genetik məna daşıyır. İqnimbrit adətən müxtəlif şəkildə deformasiyaya uğramış uzunsov kül hissəciliklərindən təşkil olunmuş psevdoflüidal teksturlu sıx əsas kütlədən ibarətdir. Bu ilkin əsas kütlənin içərisində mineral fenokristalları və fyamme möhtəviləri olur. Sonuncular əsas kütlədə flüidlərin hərəkəti istiqaməti üzrə yerləşir. Sementləşdirici kütlə şüşənin devitrifikasion qırıntılarından və təkrar kristallaşmış linzalarından ibarətdir. Şüşə qırıntıları uzunsov, itibucaqlı və oraqvari formada olub, filiz tozunun xətti yerləşməsi ilə qeyd edilir. E.K.Ustiyevə görə, iqnimbrit qranitlərlə assosiasiyada vahid vulkan- plutonik formasiya əmələ gətirir. Sinonim: lapidit, pulverulit. Növləri: 1) tərkibinə görə – andezitli, dasitli, riolitli, traxitli; 2) quruluşuna görə — kristalklastit, porfirklastit; 3) teksturuna görə – şlaklı, reoiqnimbrit, lentikulit; 4) tərkib və teksturuna görə – iqnispumit. 

İqnimbrit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.