Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dövlətin iqtisadi təhlükəsizliyi onun milli təhlükəsizliyin çox vacib tərkib hissəsidir. Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin müstəqilliyinin zəmanətçisi, sabitliyin və cəmiyyətin səmərəli fəaliyyətinin mühüm şərtidir. Buna görə də iqtisadi təhlükəsizliyin təmin edilməsi və formalaşdırılması mühüm milli prioritetlərin sırasına aiddir. Qərb iqtisadi ədəbiyyatında iqtisadi təhlükəsizlik adətən milli iqtisadiyyatın dünya iqtisadi böhranları şəraitinə dözümlülüyünün təmin edilməsi kimi izah edilir. Son onilliklərdə, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında qloballaşma prosesi ilə əlaqədar baş verən dərin struktur dəyişiklikləri nəticəsində iqtisadi təhlükəsizlik anlayışına milli iqtisadiyyatın və ya onun aparıcı sahələrinin dünya bazarlarında rəqabət qabiliyyətliliyinin təmin edilməsi kimi vacib əlamət də əlavə edilmişdir. Digər tərəfdən, “bazar modeli”nin bir sıra tərəfdarları hesab edir ki, cəmiyyətin normal (ekstremal yox) inkişafı şəraitində “iqtisadi təhlükəsizlik” anlayışından istifadə etməyin mənası yoxdur, çünki, “iqtisadi təhlükələr”in mövcudluğu bazar iqtisadiyyatının inkişafının zəruri şərtlərindən biridir. İqtisadi təhlükəsizlik mürəkkəb daxili struktura malikdir və bu strukturda üç əsas elementi qeyd etmək olar:
Beləliklə, iqtisadi təhlükəsizlik milli iqtisadiyyatın müstəqilliyini, sabitliyini və dayanıqlığını təmin edən, ona dail yenilənməyə və özünü təkmilləşdirməyə imkan verən şərt və amillər məcmusudur.
İqtisadi təhlükəsizliyin mahiyyətini daha yaxşı başa düşmək üçün onun “inkişaf” və “dayanıqlıq” anlayışları ilə əlaqəsini aydın etmək lazımdır. Inkişaf iqtisadi təhlükəsizliyin komponentlərindən biridir. Iqtisadiyyat inkişaf etmirsə, onun daxili və xarici təhlükələrə qarşı müqaviməti kəskin aşağı düşür. Dayanıqlıq və təhlükəsizlik iqtisadiyyatın bir vahid sistem kimi vacib xüsusiyyətlərindəndir. Onları qarşı-qarşıya qoymaq olmaz, onların hər biri özlüyündə iqtisadiyyatın vəziyyətini xarakterizə edir. Iqtisadiyyatın dayanıqlığı onun elementlərinin sistem daxilində şaquli, üfiqi və digər əlaqələrin möhkəmliyini və etibarlığını, daxili və xarici “yüklərə” dözmək qabiliyyətini göstərir.