İquanadao — Çin ərazisində ən geniş yayılmış və nüfuzlu sinkretik dindir. Onun nümayəndələri 1946-cı ildə adanın Çin Respublikasının hüquqi hakimiyyətinə keçməsi nəticəsində Tayvana gəlmişlər. 1963-cü ildən başlayaraq, hökumət bu din nümayəndələrinin fəaliyyətini nəzarətə götürmüşdür. Təqiblər 1980-ci illərin əvvəllərinədək davam etmişdir. Qadağalara baxmayaraq üzvlərinin sayı getdikcə artmışdır. Beləliklə, hakim dairələr onun fəaliyyətini qanuniləşdirməyə məcbur olmuşdur. XX əsrin 80-ci illərinin sonlarında, onun sıralarına Tayvan parlamentinin deputatları da qoşulmuşlar. İquandao beş dinin – Konfusiçilik, Daosizm, Buddizm, Xristianlıq və İslamın prinsiplərini özündə ehtiva edir. Lakin onun dini həyatına ilk üç dinin təsiri daha çox hiss olunur.