İrşad Həsənquliyev

İrşad Həsənquliyev - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

İrşad Həsənquliyev Cəfər oğlu
Digər adı Qartal İrşad
Doğum tarixi
Doğum yeri Qubadlı rayonu, Çardaqlı kəndi
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Qubadlı rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Qubadlı rayonu
Milliyyəti azərbaycanlı
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

İrşad Həsənquliyev 1961-ci il avqustun 3-də Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub.O, orta təhsilini rayonda alaraq, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini Uzaq Şərqdə başa vurduqdan sonra 1982-ci ildə Çelyabinsk Metallurgiya İnstitutuna qəbul olur. 1986-cı ildə ali təhsilini başa vuraraq Çexoslovakiyaya təyinat alır.O, həm də bir sıra karate yarışlarında uğurla iştirak etmişdir. 1990-cı il 20 yanvar hadisələrindən sonra doğma Çardaqlıya qayıdır və milli orduya yazılır. 1991-ci ildə onu ermənilərlə həmsərhəd 7 kəndə zona komandiri təyin edilir. Onun rəhbərliyi altında dostları bir çox uğurlu əməliyyatlar həyata keçirir və bu əməliyyatların uğurlu alınması ilə əlaqədar ona döyüş dostları Qartal İrşad adını qoyurlar. İrşadın son döyüşü iyunun 30-də olur. Və bu döyüşdə aldığı yaradan həlak olur. 1994-cü ildə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilibdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]