İrəm Dərici

İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır.

İrəm Dərici
türk. İrem Derici
Ümumi məlumatlar
Doğum adı İrem Derici
Doğum tarixi (36 yaş)
Doğum yeri İstanbul, Türkiyə
Vətəndaşlığı
Milliyyəti türk
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Fəaliyyət illəri 2012-ci ildən
Janr pop
Musiqi alətləri piano
Albom şirkətləri DMC, GNL
Əlaqəsi Mustafa Ceceli
iremderici.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir.

2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır.[1] 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi. Rəşid Behbudovun "Nazəndə Sevgilim" mahnısını max-sinqlına daxil etmişdir.

2015-ci ilin mart ayında "Değmezsin Ağlamaya", sentyabr ayında "Aşk Eşittir Biz" sinqllarını təqdim etmişdir. Həmçinin Emrah Karadumanın "Tozduman" albomundakı"Nerden Bilecekmiş" mahnısını oxudu və mahnıya klip çəkdirdi.

2016-cı ildə ilk studiya albomu olan "Dantel"i təqdim etdi. Albomdakı "Evlenmene Bak", "Dur Yavaş", "Bana Hiçbir Şey Olmaz" və "Dantel" mahnılarına klip çəkdirdi.

13 sentyabr 2014-cü ildə radio aparıcısı Rıza Esendemir ailə həyatı qurdu.22 mart 2016-cı ildə isə ondan ayrıldı.[2]

11 iyul-22 sentyabr 2016-cı il tarixində "Rising Star Türkiyə" yarışmasında münsiflik etmişdir.

2017-ci ildə Mustafa Ceceli ilə "Kıymetlim", Yonca Evimcik ilə "Kendine Gel" duetlərini ifa etmişdir. Həmçinin 2017-ci ildə "Tektaş" sinqlını təqdim etmişdir.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albom[redaktə | mənbəni redaktə et]

  • Dantel (2016)[3]
  • İrem Derici Tüm Şarkıları (2015)

Max Sinql[redaktə | mənbəni redaktə et]

2 (2013)

  • 1. Sevgi Olsun Taştan Olsun
  • 2. Sevgi Olsun Taştan Olsun (Akustik)
  • 3. Zorun Ne Sevgilim

3 (2014)[4]

  • 1. Nazende Sevgilim
  • 2. Bir Miyiz
  • 3. Nabza Göre Şerbet

Sinql[redaktə | mənbəni redaktə et]

  • Bensiz Yapamazsın (2012)[5]
  • Düşler Ülkesinin Gelgit Akıllısı (2013)
  • Aşk Eşittir Biz (2015)
  • Tektaş (2017)
  • Kendine Gel (2017)
  • Sevimli (Bekar Bekir Orijinal Film Müziği) (2017)
  • Bazı Aşklar Yarım Kalmalı (2017)
  • Hadi Gel (2018)
  • Cahil Cesareti (2018)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • O Ses Türkiye (2011)
  • İşte Benim Stilim (2016)
  • Jet Sosyete (2018)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Rəsmi Facebook Səhifəsi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  2. "Arxivlənmiş surət". 2016-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-05.
  3. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  4. "Arxivlənmiş surət". 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-23.
  5. "Arxivlənmiş surət". 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]