İrəvan İdman Klubu — Azərbaycanda İdman Klubu.
Tam adı | Göygöl rayon “İrəvan” idman klubu |
---|---|
Qısa ad | GİİK |
Klub tarixi | 2020 |
Şəhər | Göygöl |
Sədr | Fəxri Cəfərov |
Göygöl rayon "İrəvan" idman klubu 2020-ci ildə Qərbi Azərbaycan İcmasının daima dəstəyi nəticəsində yaranıb.
"İrəvan" İdman Klubu mütəmadi olaraq Göygöl rayonu Gənclər və İdman İdarəsi ilə birlikdə İdmanın müxtəlif növləri üzrə rayondaxil turnirlər, birinciliklər keçirir. Hal-hazırda Göygöl rayon "İrəvan" idman klubunda 200 nəfərə yaxın idmançı idmanla məşğul olur. İdmançıların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün klub mütamadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi idman tədbirləri təşkil edir.
1996-cı ildə gənclər arasında, 1998-ci ildə böyüklər arasında Rusiya çempionu olan, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, 2-ci dan qara kəmər ustası, 24 il məşqçi müəllim işləyən İrəvan idman klubunun direktoru Cəfərov Fəxri Faiq oğlunun peşəkarlığı və işinə məsuliyyətlə yanaşması sayəsində Göygöl Rayon İrəvan İdman klubunun tərkibində İdmanın 6 növü üzrə bölmələr fəaliyyət göstərir. Fəaliyyətə başladığı 2 il müddətində Azərbaycan, Dünya, Avropa çempionatlarından çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanılıb.
2022-ci ildə Taekvon-do İTF və Hapkido Fedarasiyasının keçirdiyi açıq Bakı birinciliyində klub ən yaxşı nəticə əldə edib. 16 idmançının 12 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə və 2 nəfər 3-cü yerə layiq görülüb. 2022-ci ildə "MMA" Fedarasiyasının keçirdiyi ilin ən yaxşı klubu nominasiyası "İrəvan" idman klubu seçilib.