İradə Xəlilova — biologiya elmləri üzrə fəlsəfə doktoru,[1] Xəzər Universitetinin rektoru.[2]
İradə Xəlilova | |
---|---|
Elm sahəsi | Biologiya |
Elmi dərəcəsi | Biologiya elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
İş yeri | Xəzər Universiteti |
1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olmuşdur. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 2014-cü ilin sentyabr ayından XƏzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlamış, 2015-ci ilin oktyabrında hüceyrə patologiyasının tədqiqat mərkəzinin direktoru təyin olunmuşdur. 20-dən çox elmi məqalənin müəllifidir.