İraklis (voleybol klubu)

İraklis (yun. ΤΑΠ Ηρακλής Θεσσαλονίκης) — Yunanıstanın Saloniki şəhirində voleybol klubu. Klubun əsası 1921-ci ildə qoyulmuş. Klubun adı qədim yunan mifiologiyası qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. 2000-ci illərdə Yunanıstanın ən reytinqli klubu hesab olunurdu. Gymnasticos Syllogos Iraklis multi-idman klubunun bir hissəsi hesab olunur.[1] Klub rəhbəri Antonis Qeorqiudur.

İraklis voleybol klubu
Ölkə
Şəhər Saloniki
Ləqəb(lər) Γηραιός, Ημίθεος
Rəng(lər) göy,
Yaranma tarixi 1921
Tutumu 1526
Rəsmi saytı

İkinci Dünya Müharibəsindən sonra klub həmişə Yunanıstanın ən yaxşı komandaları sırasında olmuşdur. İraklis klubunun çox saylı oyunçuları daima milli komandaya dəvət edilmişdir..

İraklis CEV Şampiyonlar Liqasının finalında oynayan ikinci yunan klubu idi (Olympiacosdan sonra) oldu. 2005-ci ildə dünya səviyyəli oyunçuların olması (Lloy Ball, Tomas Hoff, Clayton Stanley) nəticəsində komanda Salonikidə baş tutan «Dördələr finalına» iştirak etməyi bacardı. «İraklis» yarımfinalda "Lokomotiv-Belogorye" klubuna qalib gələ bildi. Finalda azarkeşlərinin böyük dəstəyinə baxmayaraq Fransanın "Tur" klubuna məğlub oldu. 2006-cı ildə İraklis yenidən Romada finala yüksəldi və Sisley klubuna (Treviso) məğlub oldu. 4000-ə yaxın yunan azarkeşi komandaya dəstək olmaq üçün Romaya səfər etmişdir. İki il sonra, klub üçüncü dəfə finala yüksəldi, amma bu dəfəTrentino klubuna məğlub oldu.

«İraklis» klubu dörd dəfə Yunanıstan çempionu olmuşdur: 2002, 2005, 2007, 2008. On dəfə isə çempionatı ikinci yerdə başa vurmuşdur: 1971, 1975, 1999, 2000, 2001, 2003, 2004, 2006, 2011, 2012. Yunanıstan Kubokunu beş dəfə əldə edə bilmişdir: 2000, 2002, 2004, 2005, 2006.

Yunanıstan Super Kubokunda 2004, 2005, 2007, 2008-ci illərdə qalib olmuş, 2000 və 2006-cı ildə isə 2-ci yerə layiq olmuşdur.

Iraklis Thessaloniki VC Официальный сайт (yun.) (ing.)

  1. Η Γέννηση του Συλλόγου (Greek). Γ.Σ. Ηρακλής official site. 22 March 2010. 2016-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2011.