İran—Oman münasibətləri

İran—Oman münasibətləriİranOman arasında iki tərəfli diplomatik münasibətlər.

İran—Oman münasibətləri
İran və Oman
 İran  Oman

1960-70-ci illərdə İran Dofar qiyamı zamanı Omana hərbi yardım göstərir. İran-İraq müharibəsi (1980-88) dövründə İran və İraq atəşkəs razılaşmasını imzalamaq üçün Maskatda gizli danışıqlar aparmışlar. Razılaşmanın imzalanmamasına baxmayaraq danışıqlar tərəflər arasında inamsızlığın azalması ilə nəticələnir. 1988-ci ildən sonra Oman İran və İngiltərə, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri bərpa etmək üçün vasitəçi kimi çıxış edir[1]. Son onilliklərdə Omanın İranla ənənəvi olaraq yaxşı münasibətləri İranın Fars körfəzindəki neft tankerlərinə hücumları və İranın Hörmüz boğazı sahillərində Çin istehsalı olan HY-2 raket buraxıcılarını yerləşdirməsi ilə bir qədər pozulur. Buna cavab olaraq Oman Sultanlığı İran ərazisindən cəmi altmış kilometr məsafədə yerləşən Musandam valiliyində hərbi varlığını artırmışdır. İran düşmən olmasa da, Oman üçün bir nömrəli strateji təhlükədir. Oman hökuməti İranla qarşıdurma təhlükəsinin diplomatik danışıqlar yolu ilə azaldıla biləcəyinə inanır. Bu səbəbdən Oman ABŞ və İranla münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Oman Xarici İşlər Nazirliyi Sultanlığın Vaşinqton ilə Tehran arasında İranın nüvə proqramı ilə bağlı böhranın həllinə kömək edəcək birbaşa danışıqlara ümid etdiyini açıqlamışdır. Oman İranın nüvə proqramının tamamilə mülki yönümlü olduğuna dair açıqlamalarına şübhə etmək üçün bir səbəb olmadığını vurğulayır[2]. Oman səlahiyyətliləri İrana səfərlər edir. Oman polisi və hərbçiləri qanunsuz mühacirət, qaçaqmalçılıq və narkotik qaçaqçılığının qarşısını almaq kimi qarşılıqlı maraq doğuran mövzularda iranlı həmkarları ilə açıq əlaqə kanalları saxlayır. İran vətəndaşlarının Omana səyahətini diqqətlə izləyir. Ümumiyyətlə ölkələr arasında ikitərəfli əməkdaşlıq məhduddur. İqtisadi və ticari əlaqələr minimaldır. Lakin ölkələrin ikitərəfli münasibətlərini gücləndirməyə çalışdıqlarına dair əlamətlər var. İran Ommanla turizm, ticarət və hərbi əlaqələr qurmağa çalışır. Oman hökuməti bu təşəbbüslərə ehtiyatla da olsa müsbət cavab verir[2][3][4].

2017-ci ilin ilk 9 ayında ölkələr arasındakı ticarət həcmi təqribən 390 milyon dollar təşkil edib. İran Omana 200 milyon ABŞ dolları dəyərində 700.000 tondan çox dəmir və polad ixrac edir. İranın Omana ixracatı: qatran, mis, neft kimyası, qida, meyvə, tərəvəz və tikinti materialları. İran Omanın 11-ci ən böyük ticarət ortağıdır. Ölkələr arasında ticarət dövriyyəsi 2013-cü ildən 2016-cı ilədək əhəmiyyətli artım göstərmişdir: 148 milyon ABŞ dollarından 540 milyon ABŞ dollarına qədər[5].

  1. "Oman - Foreign Relations". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  2. 1 2 "Oman - Foreign Relations". 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  3. "Why Iran and Oman are strengthening relations". 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  4. "Iran, Oman resolute to grow banking relations - Mehr News Agency". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  5. "Iran-Oman Non-Oil Trade Tops $390m in 9 Months | Financial Tribune". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.