İran mahmızlaləsi

İran mahmızlaləsi (Elmi adı - Corydalis persica Cham.et Schlecht. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [1]

İran mahmızlaləsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İran mahmızlaləsi
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdə 10-20 sm hündürlükdədir. Yarpaqları oturaqdır. Gövdə yarpaqları qarşı-qarşıya duran, üçqatlıdır, ortadaki seqmet daha iridir. Yarpağın hissəcikləri tərs-yumurtavari, küt, 2-3 qanadlıdır. Çiçəklər 4-10 qısa salxımdadır. Tac 20 – 25 mm uzunluqda düz və ya əyiləndir, çəhrayı rənglidir. Mahmız ½ dəfə yarpağın lövhəsindən uzundur. Qutucuq xırda, itidir. [2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə - meyvə əmləgətirmə dövrü aprel-may aylarına təsadüf edir. Kserofitdir. Alp çəmənlərində bitir [3][4].

Naxçıvanın dağlıq hissəsi.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen və iqlim amillərinin mənfi təsirlərinə məruz qala bilər.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Otarılma və tapdalanma.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma ərazilərində antropogen təsiri azaltmaq.

  1. "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
  3. Флора Азербайджана, 1953
  4. Əsgərov A.M., 2005