Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqazda (Ermənistan) təbii arealı vardır.
İran yasəməni | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Zəngilanda (Mülk, Daştun kəndləri) və Had-rutda təbii halda yayılmışdır.
Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv).
Enliyarpaqlı meşələrin kənarında rast gəlinir.
Arealı geniş deyildir.
Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin edilməmişdir.
Iran yasəməninin hündürlüyü birdən iki metrədək olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir. Yarpaqları dərivari, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları enli-lansetvari və ya ensiz-oval formalı, eni 1 sm-ədək, bünövrəsində daralmış, yuxarısında ucu bizdir. Çiçək qrupları çoxləçəkli olub, yuxarı yan tumurcuqlardan inkişaf edir. Uzunluğu 5-10 sm, eni 5-7,5 sm, yumurtavari, şaxələnmiş nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bə¬növ¬şəyi və ya ağ rəngli, ətirlidir. Kasacığın uzunluğu təxminən 2 mm, meyvələrində iki hissəyə bölünmüşdür. Kasacığı hissələri enli-üçküncdür. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfşəkilli, uzunluğu təxminən 1 sm, çiçək tacının hissələri enli-oval və ya oval-lansetvari formalı, ucu bizdir. Meyvəsi-dörd hissəli, uclarında ensiz qanadlı, uzunluğu 1 sm-dək, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsində küt və ya bəzən bizdir. İran yasəməninin çiçəkləməsi mayda başlayır və iyuna qədər davam edir. İyulda-avqustda meyvə verir.
Generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda Nəbatat bağlarında park və bağlarda becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine