"İraq" (qəzet) — Bağdadda çap edilmiş qəzet.
"İraq" (qəzet) | |
---|---|
Təsisçi | Şakir Sabir Zabit |
Yaranma tarixi | 21 may 1966-cı il |
Dil | ərəb dili |
Nəşrini dayandırıb | 21 oktyabr 1967-ci il |
Şəhər | Bağdad |
Ölkə | İraq |
"İraq" qəzeti 1966-cı ildə Bağdadda işıq üzü görmüşdür. Nəşrin təsisçisi və redaktoru Şakir Sabir Zabit, idarə rəhbəri və baş yazarı Haq İsmayıl Bayatlıdır. Qəzetin 42-ci sayında Həsən Huseyn Əl Yas baş yazar olub. İlk sayı 1966-cı il mayın 21-də, son sayı isə 1967-ci il oktyabrın 21-də işıq üzü görüb. Qəzet 66 saydan sonra bağlanıb. Türkcə-ərəbcə olan nəşrin bir qismi 8, bir qismi 4 səhifəlik dərc edilib.[1]