İrem Karamete (20 iyun 1993[2][3], İstanbul) — Türkiyə rapira qılıncoynatması idmançısı. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısı. 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı.[5]
İrem Karamete | |
---|---|
türk. İrem Karamete[1] | |
Şəxsi məlumatlar | |
Ləqəbi | İros |
Vətəndaşlığı | |
Doğum tarixi | 20 iyun 1993[2][3] (30 yaş) |
Doğum yeri | |
Təhsili | |
İdman növü | Qılıncoynatma |
Karyera illəri | 2004-cü ildən |
Boyu | 170 sm[4] |
Çəkisi | 59 kq |
Komandası |
Marmara Eskrim Hasal Sport Club |
İrem idmançı ailəsində anadan olmuşdur, atası Mehmet Karamete, Almaniyanın qılıncoynatma komandası və 1976 və 1984 Olimpiadalarında çıxış edən həyat yoldaşı Niliyə məşqçilik etmişdir. İremin böyük bacısı Merve qılıncoynatma ilə məşğul olmuş və millinin heyətində çıxış etmişdir. İstanbulda yerləşən Özyeğin Universitetini bitirmişdir.[6]
İrem 10 yaşında qılıncoynatma ilə məşğul olmağa başladı.[7] 2008-ci ildə beynəlxalq yarışlarda debüt etdi. 2013-cü ildən qılıncoynatma dünya çempionatlarında müntəzəm olaraq çıxış edir. 2014-cü ildə o, Türkiyə çempionu oldu.[8] 2015 Qılıncoynatma Dünya Kubokunun mərhələlərində bir neçə mükafat qazanmışdır.
2016-cı ildə Rio-de-Janeyroda keçirilən debüt olimpiadasında İrem 1/16 final mərhələsin 3-cü hissəndə mübarizəni dayandırmışdır. O, fransız qılıncoynadan İsaore Tibyusa 6:15 hesabı ilə məğlub olmuşdur.[9]
İl | Yarış | Keçirilmə şəhəri | Yeri |
---|---|---|---|
2013 | Aralıq dənizi Oyunları | Mersin, Türkiyə | |
Dünya Çempionatı | Budapeşt, Macarıstan | 54 | |
2014 | Dünya Çempionatı | Kazan, Rusiya | 79 |
2015 | Avropa Çempionatı | Montrö, İsveçrə | 35 |
Avropa Oyunları | Bakı, Azərbaycan | 60[10] | |
Dünya Çempionatı | Moskva, Rusiya | 61 | |
2016 | Avropa Çempionatı | Torun, Polşa | 24 |
Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 27 | |
2017 | Dünya Çempionatı | Leypsiq, Almaniya | 44 |