İrena Kşivitskaya (pol. Irena Krzywicka) — Polşalı feminist, yazıçı, tərcüməçi, cinsi təhsil, kontrasepsiya və ailə planlamasını təbliğ edən qadın hüquqları müdafiəçisi.
İrena Kşivitskaya | |
---|---|
pol. Irena Krzywicka | |
Doğum tarixi | 28 may 1899[1][2] |
Vəfat tarixi | 12 iyul 1994[1] (95 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | qadın hüquqları fəalı[d], yazıçı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
İrena Qoldberq ailəsinin (solçu yəhudi ziyalıları, Polşa Sosialist Partiyasının liderləri) Polşadan sürgün edildiyi Sibirin Yeniseysk şəhərində anadan olub. Sürgün zamanı atası vərəm xəstəliyinə tutulmuş və ailə Polşaya qayıtdıqdan üç il sonra vəfat etmişdir. İrena yəhudi sosial demokrat partiyası Bundun əsas simalarından biri olan anası və ögey atası Ekutel Portni tərəfindən tolerantlıq və rasionalizm ruhunda tərbiyə olunub[3].
1922-ci ildə qız Varşava Universitetinin Polşaşünaslıq fakültəsini bitirir. Universitet illərində o, "Yasəmən budağı" (pol. «Kiść bzu»)[4] adlı ilk essesini nəşr etdirir.
1923-cü ildə İrena sosioloq və qadın hüquqları müdafiəçisi Lüdvik Kşivitskinin oğlu Yeji Kşivitski ilə evlənir. Kşivitski ailəsi açıq nikaha daxil olmaq qərarına gəlir və toydan qısa müddət sonra İrena məşhur alman şairi və dramaturqu sevgilisi Valter Hasenklever ilə Korsikaya gedir. Daha sonra ərinin yanına qayıdır, ona Peter (1927) və Andrey (1937) adlı iki oğul verir. Ümumiyyətlə evliliyi olduqca uğurlu hesab edir.
XIX əsrin 20-ci illərində İrena Kşivitskaya qadınların azadlığı, cinsi təhsil hüququ, çoxarvadlılıq və homoseksual münasibətlər uğrunda mübarizəyə başlayır və abortun qanuniləşdirilməsinə çalışırdı. O, bir neçə romanın müəllifi olur, həmçinin HG Wells, Max Frisch, Friedrich Dürrenmattın bir sıra əsərlərini polyak dilinə tərcümə edir. Polşa feminizmi tarixində ən maraqlı ədəbi və siyasi sənədlərdən biri onun "Kişi sivilizasiyasının alaqaranlığı" (pol. Zmierzchu cywilizacji męskiej)[5] romanı hesab edilə bilər.