İriçiçək qurdotu - (lat.Linaria grandiflora) Keçiqulağıkimilər fəsiləsi
İriçiçək qurdotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İriçiçək qurdotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
İriçiçək qurdotu çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentiyabr aylarında meyvə verir.
Kiçik qafqazın şimalında, Naxçıvan MR-da, Diabarada orta və yuxarı dağ qurşağında, dağlıq və daşlı yerlərdə, kolluqlarda yayılıb. İstifadə olunan hissəsi: Bitkinin budaqlarının yuxarı hissəsindən (Herba lineriae) istifadə olunur.
Tərkibində linarin, pektolinarin, taninlər və başqa maddələr vardır.
Qurdotu babasildə, qəbizlikdə, sidiyi saxlaya bilməməkdə və frunkul xəstəliklərində işlədilir. Daxilə 1,5 qaşığı qurudulmuş otu bir stəkan suda dəmləyib qəbul edirlər (gündəlik doza). Xaricə isə 20 q otu 0,5 litr susa 20-25 dəqiqə islatma şəklində tədbiq edirlər.[1]