İrikasacıq novruzgülü

İrikasacıq novruzgülü (lat. Primula macrocalyx)[1]novruzçiçəyi cinsinə aid bitki növü.[2][3]

İrikasacıq novruzgülü
Primula macrocalyx Stolby.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Statusu[redaktə | mənbəni redaktə et]

Lower Risk - LR [b - Near Threatened - NT]

Yayılması[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağından başlayaraq Ardıcdağ, Küküdağ, Aracıqdağ və Zəngəzur silsiləsinin subalp qurşağının meşə talalarında, kolluqlarda və çəmənlərdə tək-tək və ya kiçik talalar şəklində rast gəlinir.

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Meşə talaları, kolluq və çəmənlərdir.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Məhdud sahələrdə rast gəldiyindən ehtiyatı azdır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxumladır.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir, gövdəsinin hündürlüyü 15-35 sm-ə çatır, çəpinə kökümsovu və çoxsaylı yoğun ağ məftilvarı kökləri vardır. Bütün bitki zəif inkişaf etmiş kiçik tükcüklərlə örtülmüşdür. Yarpaqları yumurtavari, yaxud yumurtavari - uzunsovdur, qırışlıdır, yuxarı hissədə dəyirmidir, kütdür, kənarları aydın olmayan xırda dişciklidir, tədricən qanadlı və dişcikli saplağa doğru daralır, uzunluğu yarpaq ayasına bərabərdir. Yarpaq ayası 3 - 21 sm uzunluqda, 2- 8 sm enindədir. Çiçək qrupu  3 - 16 çiçəklidir. Meyvə yetişən zaman yuxarıya dartılmış və uzanandır. Kasacığı çiçəkləmə dövründə enli zəngşəkillidir, şişkindir və solğun yaşıldır, 10–20 mm uzunluqdadır, 5 qabırğalı və 5 iti oval - üçbucaqlı dişciklidir, kasacığın uzunluğunun 1/3 -nə bərabərdir. Tacı borulu olub solğundur, kasacığa bərabərdir, yaxud ondan uzundur və əyilmiş parlaq sarı çıxıntılıdır və 12 mm diametrindədir. Qutucuğu enli ovalşəkillidir, kasacıqdan 2 dəfə qısadır. Toxumu yumurtavaridir, aydın seçilməyən budaqlı qabırğalıdır, bütün səthi nöqtəli təpəciklidir, tamamilə qaradır, 1-1,5 mm uzunluqdadır. Aprel-iyun aylarında çiçəkləyir və may-iyun aylarında meyvə verir. Əhali tərəfindən dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplanılır. Bəzək və dərman bitkisidir. Mezofitdir. Mərkəzi Asiya coğrafi areal tipinə daxildir. 

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Növ sayının və populyasiyalarının az olmasına səbəb ekoloji və antropogen amillərin məhdudlaşdırıcı təsiridir. Əhali onu dərman bitkisi kimi çiçəkləmə fazasında kütləvi toplayır.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Məlumat yoxdur.

Qəbul edilmiş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-in Qırmızı Kitabına yeni daxil edildiyindən mühafizə tədbirləri hazırlanmamışdır.

Zəruri qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Populyasiyları nisbətən təhdid altında olduğundan, təhlükə altına düşə bilən növ kimi akad. Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı əsas sahələr xüsusi nəzarət altına alınmaqla mühafizə olunmalıdır. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı (ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) cild II. 2009