İrimeyvə süddüyan

İrimeyvə süddüyan (lat. Euphorbia macrocarpa) — südləyən cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 30-45 sm, gövdəsi düz, yoğun, daxili boş, adətən şırımlı olan, yumuşaq tüklü bitkidir. Gövdə yarpaqları oturaq, uzunluğu 3,7-5 sm, eni 1-1,8 sm, uzunsov-lansetvari, yarımgövdə qucaqlayan, küt və ya ucubizdir. Yuxarıdakı çiçəksaplağı qısa, 5-7 sayda, qoltuqaltlıqdakılar kimi sadə və ya iki hissəyə bölünmüşdür. Sarğısının yarpaqcıqları böyrəkvari yumrudur. Qədəhciyin dilimləri iri, dəyirmi-ellipsvari, dişli, kənarları kirpikciklidir. Qutucuğu kürəvari, diametiri 8-10 mm, silindrvarisapvari, sarı çıxıntılarla örtülmüşdür. Toxumları yumru, boz, hamar, əlavələrsizdir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır. Dağ meşələrində bitir.[2]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.