İrina Karavayeva

İrina Vladimirovna Karavayeva (18 may 1975, Krasnodar) — Rusiyanı təmsil edən batut gimnastı. İrina Karavayeva, 2000, 20042008-ci illərdə Rusiyanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında qızıl medal qazanan İrina Karavayeva, həmdə Dünya Çempionatlarında 12 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub.

İrina Karavayeva
Şəxsi məlumatlar
Tam adı İrina Karavayeva
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (49 yaş)
Doğum yeri Krasnodar, Rusiya
Boyu 165 sm.
Çəkisi 52 kq.
İdman növü Batut gimnastikası

2000 Sidney Olimpiadası

[redaktə | mənbəni redaktə et]

İrina Karavayeva, 2000-ci ildə Rusiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karavayeva, 38.90 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu.

2004 Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

İrina Karavayeva növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Karavayeva, 39.90 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.

2008 Pekin Olimpiadası

[redaktə | mənbəni redaktə et]

İrina Karavayeva sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Karavayeva, 36.20 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.