İrina Tolkunova

İrina Tolkunova (d. 2 iyun 1971) — RusiyanıQazaxıstanı təmsil edən su poloçusu.[1]

İrina Tolkunova
Şəxsi məlumatlar
Tam adı İrina Tolkunova
Vətəndaşlığı Qazaxıstan Qazaxıstan
Doğum tarixi (53 yaş)
Boyu 170 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2000
2004
Rusiya Rusiya
Qazaxıstan Qazaxıstan

İrina Tolkunova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.

Daha sonra İrina Tolkunova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.

  1. "İrina Tolkunovanın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.