Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İriyarpaq doronikum — (lat. Doronicum macrophyllum)
Çoxillik, hündürlüyü 50–150 sm olan, gövdəsi şırımlı, orta və ya yuxarı hissədən az budaqlı, vəzili-tüklü, qısa kökümsovlu bitkidir. Kökyanı yarpaqları uzunsaplaqlı, yumru və ya üçkünc ürəkvaridir, uzunluğu 30 sm, eni 20–25 sm çatır, orta və yuxarı yarpaqları oturaqdır. Səbətləri iri, diametri 10–20 mm enli zınqırovvaridir, qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı 2–3 sıralı, yarpaqcıqları uzunsov lansetvari, sıx vəzilidir. Dilcik çiçəklərinin uzunu 20–30, eni 3–5 mm, sarı rəngdədir. Toxumcaları 3–5 mm, tinli silindirik-uzunsov, mixəyi rəngdədir; kəkili ağ, nahamar tüklü, toxumca ilə eyni ölçüdədir.[1]
BQ qərbi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ və subalp qurşağında yayılmışdır. Dağ meşələrində, subalp çəmənliklərində, dağ çaylarının kənarlarında bitir.[2]