İriyarpaq kövrək mürdəşər

İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür.

İriyarpaq kövrək mürdəşər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir. Orta dağ qurşağına kimi, kölgəli meşələrdə, dağ meşələrinin dərələrində, dağ çaylarının kənarında rast gəlinir. Dekorativ və dərman bitkisidir, xalq təbabətində istifadə olunur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba hissəsi (Qusar rayonu-Aşağı Qələnxur kəndinin ətrafı), Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu –Girdəni kəndinin ətrafı; Lerik rayonu – Siov kəndinin ətrafı).

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın ehtiyatı məhduddur. Antropogen təsirlər azalma təhlükəsini sürətləndirir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Otarılma, tapdalanma və iqlimdir.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, bioekologiyasının öyrənilməsi aiddir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]