İrkutskda kütləvi spirt zəhərlənməsi (2016)

İrkutsk şəhəri.

İrkutskda kütləvi spirt zəhərlənməsi (rus. Массовое отравление метиловым спиртом в Иркутске) - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi.[1][2][3] Hadisə nəticəsində 62 nəfər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabunşampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nechepurenko, Ivan. "In Russia, Dozens Dies After Drinking Alcohol Substitute". The New York Times. 2016-12-19. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  2. "State of emergency declared in Russia as 49 die in bath lotion drinking case". CBS News. 2016-12-19. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  3. Isachenkov, Vladimir. "Alcohol poisoning death toll in Russian city rises to 49". Associated Press. 2016-12-19. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.