İrle Xan - türk və altay mifologiyasında ölülər ilahı. Yeraltında yaşayır. Yeraltındakı evi qırx köşelidir. Evinin qarşısındakı doqquz şam ağacına doqquz oğlu atlarını bağlar. Bəzən Erlik Xan ilə eyni tanrı olaraq düşünülər. Özünə qonur (qəhvəyi) rəngli bir atla qonur (qəhvəyi) rəngli bir inək qurban edilir.
Altay inancına görə pis ruhlar daim yer altında yaşayırlar və yer üzünə isə ancaq qara bir tülkü kimi çıxa bilərlər. Bu pis ruhların ən məşhuru da İrle xanın qızıdır. Bu qız, ovçu və döyüşçüləri arxasına taxaraq onları müxtəlif fəlakətlərə sürüyən şeytanı bir varlıqdır. Ovçular saatlarla ov arxasınca qaçıb yorularlar və sonunda özləri ovlanarlar. Çoxu dəfə səhvən yoldaşlarını belə vururlar ya da bir uçurumdan aşağıya yuvarlanırlar.
(İr/Er) kökündən törəmişdir. Güc, qüvvət mənalarını saxlayar. Yer, yer altı deməkdir. Monqolcada "İr" bıçaq mənasını verər.