İrmaşlı Kilsəsi və ya yerli xalq arasında Pir olaraq bilinən XVI–XVII əsrə aid olduğu güman edilən xristyanlıq abidəsi.
İrmaşlı Kilsəsi | |
---|---|
40°46′43″ şm. e. 45°49′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəmkir |
Yerləşir | Dağ Daşbulaq kəndi |
Tikilmə tarixi | XVI-XVII əsrlər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abidə Şəmkir Rayonunun Dağ-Daşbulaq kəndi (əvvəllər Dağ İrmaşlı) ərazisində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir.[1]
Kilsənin şərq divarının aşağı hissəsindəki işləməli daşda erməni dilində "ԵՍ ՊԷԿ ԵԼԽաՆՍ ՈրԴ|Ի ՏՈԼՈՅԽաՆիՍ ԿաՆԿնեՑոՒՑԻ ՍուրԲԽաչՍ ԲԱՐԷԽՈՍ ՊաՐՈՆ | ՏաՐՍաԻՃԻՆ ԹՎ" yazıldığı məlum olmuşdur.[1]
Alman qafqazşünası Yost Gippertə görə mətnin tərcüməsi "Mən, Elxan bəy, Toloyxanın oğlu, rəhmətlik məlik Tarsayiç üçün bu müqəddəs xaçı qoyuram" olaraq təqdim edilmişdir.[2]
Erməni tarixşünas Samvel Karapetyan isə eyni yazını "Mən Bəki xan, oğlum Voroy xanla bu Müqəddəs Xaçı cənab Tarsaiçin xatirəsinə ucaltdıq."[1][3] kimi oxumağı təklif etmişdir, lakin onun təklif etdiyi versiya Qaciqyan adlı qeyri-müəyyən bir mənbəyə isnad edildiyindən, səhih hesab edilə bilməz. Hətta Karapetyan kilsə ilə bağlı qeydlərində "həmin dövrə aid olduğu bəllidir" deyərək, dəqiq tarix — "1621-ci il" vermişdir. Bu da müəllifə qarşı ciddi güvən əksikliyi yaratmışdır.