İrokezlər və ya irogezlər[1] (fr. Iroquois) — ABŞ-də (Nyu-York, Oklohoma ştatlarında) və Kanadada (Ontario, Kvebek əyalətlərində) yaşayan qəbilə ittifaqı.
Hindu qəbilələri inkişaf dərəcəsinə görə bir-birindən fərqlənirdi. Avropalılar buranı ilk dəfə kəşf edəndə, Yukatanın və Britaniya Kolumbiyasının adam əti yeyən tayfalarından tutmuş, Meksikanın və Perunun iri şəhərlərə malik olan və yüksək mədəniyyət yaratmış qəbilələrinə qədər, burada müxtəlif dərəcələr mövcud idi.
Hinduya özünün çirkli viqvamı, cır-cındır paltarı və muncuqlarla bəzədilmiş mokasinləri (ayaqqabıları) daha xoş gəlirdi. O, canavar kimi ulaya, vəhşi quş kimi çığıra, ağaclar arasından əsən külək kimi vıyıldaya bilirdi. Bunlar bir musiqi kimi hindunun könlünü oxşayırdı. O, öz yaşını bilmirdi. Mövsümlərin dəyişilməsini və vaxtın hesabını göydəki Ayla aparırdı.
Ən görkəmli hindu qəbilələrindən biri İrokezlər idi, onlar indiki Nyu-York ştatının bir çox hissələrində yaşayırdılar. Bəzi tayfalar Kanadaya qədər Ohayo vadisində və cənubda geniş yayılmışdılar. Onlar uzun, bir-birilə əlaqəsi olan evlər tikirdilər, kəndləri istehkamlandırırdılar, torpağı becərirdilər. Çeroki qəbiləsi də İrokezlərə məxsus idi. Dakota və Siu qəbilələri isə Missisipi çayının başına qədər Böyük Göllərin qərbini tuturdu.
Şimali Karolina Amerikada ilk daimi ingilis koloniyaları mövcud olanda meydana gəldi. Relinin 1584-cü il çarterinə əsasən böyük səyyah bu torpaqda hələ o vaxt daimi koloniya yaratmaq fikrinə düşmüşdü. 1711-ci ildə Şimali Karolinada hindular dəhşətli qırğın törətdi. Yüzlərlə məskun tomohavkın rəhmsiz qurbanı oldu. Əsas ziyan görənlər Nyu Berndəki almanlar oldu. Bu vaxt ağ əhalinin burada sayı 5 min nəfər idi. Onlar yerli qırmızı dərililərin torpağını tutmuşdular və bu onları bədbəxtliyə gətirib çıxardı. Tuskarorasın başçılığı altında müxtəlif qəbilələr bu qırğında iştirak etmişdi. Adamlar qaçıb Cənubi Karolinadan kömək aldı, polkovniklər Con Barnuell və Ceyms Moorun başçılığı altında onlar qırmızı dərililəri ayrı-ayrı yerlərdə ovlayardılar və böyük bir döyüşdə hinduların 400 döyüşçüsünü məhv etdilər. Əcdadları Nyu-Yorkdan gəlmiş olan Tuskaroras axırda öz cənub vətənini tərk etməklə, öz əcdadlarının torpağına qayıtmağı qərara aldı. 1714-cü ildə onun dəstəsi uzaqlaşdı, İrokezlərə və ya Nyu-Yorkun Beş Xalqına qarışdı. Bu konfederasiya sonralar Altı Xalqa çevrildi.
Şampleyn isə ağılsızlıqla onları Fransaya əbədi düşmən etdi. Hələ çox əvvəl, 1609-cu ildə o, ağlar unutsalar da, irokezlərin heç vaxt unutmadığı və bağışlamadığı bir hərəkətə yol verdi. O, özünün and içmiş düşmənləri olan alqonkvinlərlə həmin gölün sahilinə, Hadson çayının mənbəyinə gəlib çıxdı, sonralar buranı ağsifətlilər onun adı ilə adlandırdılar. Burada ağlar odlu silahdan istifadə etdi. Bu vaxta qədər hindular belə şey eşitməmişdilər və o, mohaukları döyüşdə bütünlüklə darmadağın etdi. Hindular bu dəhşətli gündən sonra həmişə və hər yerdə nifrət etdikləri fransızlar əleyhinə istənilən adamlarla, istər holland və ya ingilis olsun fərqi yoxdur, ittifaqa girməyə hazır idilər. Fransızlar isə hələ irokezlərlə yaxşı münasibətdə olanda onların mülkiyyətlərini əhatəyə almışdılar, göllərin aralarındakı və Missisipi vadisində olan torpaqlara çəkilmişdilər.
Fransanın ahıl yaşda olan kralı XIV Lui - Günəş Kral öz imkanında olan böyük vasitələrlə Akadiyanı ingilislərə verməmək üçün son cəhdlər etdi, lakin bunlar heç bir nəticə vermədi. Utrext sülhü on altı il əvvəlki Risvik müqaviləsi kimi müvəqqəti idi. Çünki Amerikadakı problemlər həll edilməmiş qaldı. Müqavilədə Akadiyanın hüdudları göstərilmirdi, heç bu sənəd Britaniya koloniyaları ilə Kanada arasındakı sərhədləri də müəyyən etməmişdi. Müharibə közü bu dəfə də bütünlüklə söndürülməmiş qaldı və onun alışıb alova çevrilməsi dövrü nə vaxtsa gələcəkdi. Utrext müqaviləsi nominal sülh gətirdi və otuz ildən sonra bu sülh də pozuldu. Bu vaxt iki qonşu millət qəzəbli pələnglər kimi bir-birinin üzərinə atılmağa hazır idi. Lakin cənubda hələ dinclik yox idi. Hələ müharibə davam edən vaxt Şimali Karolina qan və terrorla irokez tayfalarına üstün gələ bildi. Müharibə qurtardıqdan sonra isə Cənubi Karolina ispanlarla birlikdə onların üstünə hücum edən hindu tayfalarının bütöv birliyinə qalib gəldi. Tuskarora tayfaları şimalda öz qohumları irokezlərlə birləşmək üçün Nyu Yorka miqrasiya etdikdə, Karolina onların təhlükəsindən birdəfəlik qurtardı.
Cənubi Karolinanın meşələrində hökmranlıq edən güclü hindu tayfaları - yamassilər, kataubalar və çerokilər şimaldan olan irokezlərə qohum deyildilər və özlərinin ingilislər tərəfindən darmadağın edilməsinə imkan verdilər. İspanlar onlardan istifadə etməyə çalışır və buna nail olurdular. Onlar böyük birliyə daxil oldular və yeddi-səkkiz min qoçaq döyüşçünü müharibə cığırına çıxarıb, ingilisləri məhv etməyə göndərdilər. 1715-ci ilin aprelindən 1716-cı ilin fevralınadək on ay ərzində bu vəhşi əməliyyat qurtarmırdı və dörd yüz ağ adam onların əlindən həlak oldu. Lakin axırıncı haqq-hesab vaxtı gəlib çatanda onların tayfalarının qalıqları özlərinə yeni yurd axtarmağa başladı. Onlara qarşı mübarizə Karolinanı taqətdən salırdı, çoxlu qan və pul rüsumu tələb edirdi. Adamlar buna görə çox vaxt qidalanmaq üçün ərzaq da tapmırdılar. Bəziləri öz evini tərk edib gedirdi ki, daha az dəhşətli qiymətə bir qədər dinclik tapsın. Lakin artıq burada da azacıq dinclik var idi və tam məhvolma təhlükəsi artıq sovuşmuşdu.
Hindular arasında övlad, nəsl adətən ana xətti ilə tanınırdı. İrokezlər arasında qadınlar torpağa sahib olurdular və kişilər üzərində böyük nüfuza malik idilər. Hindu qəbilə başçısının qadın olması Şimali Amerika tayfaları arasında qeyri-adi bir şey hesab edilmirdi.