İrqi ayrı-seçkilik

İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur.

Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır.[1] Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə QərbiMərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar.[1]

Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir.[2]

Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir.[1] Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər.[3][4][5]

Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir.[6]

Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.[7]

Çoxsaylı audit tədqiqatları ABŞ-nin əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər. Belə ki, tədqiqatlar zamanı işəgötürənlərin ağdərili iş axtaranlara üstünlük vermə dərəcəsi 50% ilə 240% arasında dəyişib. Digər tədqiqatlar zamanı avtomobil bazarında, mənzil sığortası, tibbi xidmət və taksi xidmətindən istifadə məsələlərində irqi ayrı-seçkiliklə bağlı əhəmiyyətli sübutlar aşkar edilmişdi.[8]

Məşğulluq məsələləri zamanı ayrı-seçkilik iki başlıca kateqoriyaya ayrılır:[9]

  • Fərqli rəftar: İşəgötürən dəri, saç və ya göz rəngi və bəzi üz cizgiləri kimi dəyişməz irqi xüsusiyyətlərə əsaslanaraq ayrı-seçkilik edir;
  • Fərqli təsir: Hətta işəgötürənin irqi xüsusiyyətlərə görə ayrı-seçkilik etmək niyyəti olmasa da, onun hərəkətləri irqçiliyə əsaslanan mənfi təsirlərə malik olur.

Ayrı-seçkilik əmək prosesinin istənilən mərhələsində, eləcə də işə götürülərkən müsahibə zamanı, kompensasiya, iş tapşırığı verilərkən, əmək şəraiti yaradılarkən, işçilərə imtiyazlar verilərkən, vəzifədə irəli çəkərkən, intizam məsuliyyətinə cəlb edərkən və işinə xitam verərkən mövcud ola bilər.[10]

Tədqiqatçılar Marianna Bertrand və Sendhil Mullainathan 2004-cü ildə Çikaqo UniversitetiMassaçusets Texnologiya İnstitutunda aparılmış araşdırma zamanı iş yerlərində geniş yayılmış irqi ayrı-seçkilik olduğunu aşkar etmişdilər. Araşdırmada müsahibə üçün geri çağırışlar almaq üçün "ağdərili səslənən adlar" kimi qəbul edilən namizədlərin sayı, adları "qaradərili kimi səslənən"lərdən 50% çox idi. Tədqiqatçılar bu nəticələri ABŞ-nin ayrı-seçkilik tarixindən qaynaqlanan şüursuz yanaşmaların güclü sübutu kimi görürlər (məsələn, Cim Krou qanunları).[11]

Prinston Universitetinin sosioloqu Devah Peycer Miluoki və Nyu-York şəhərində iş üçün müraciət edən şəxsləri tədqiqata cəlb etmiş və aşkar edilmişdir ki, eyni keyfiyyətlərə malik olan qaradərililər ağlarla müqayisədə iki dəfə az işə dəvət almışdılar.[12][13] Los-Anceles Kaliforniya Universitetinin sosioloqu S. Maykl Geddis tərəfindən aparılmış digər tədqiqatda isə elit özəl və yüksək keyfiyyətli dövlət ali təhsil müəssisələrinin qara və ağdərili məzunlarının iş perspektivləri müqayisə edilmişdi. Tədqiqatın nəticələrinə görə Harvard kimi elit universitetin qaradərili məzunları Massaçusets Amherst Universiteti kimi dövlət ali təhsil müəssisəsinin ağdərili məzunları ilə müsahibəyə çağırılma zamanı eyni perspektivlərə malik olmuşlar.[14]

  1. 1 2 3 "A fascinating map of the world's most and least racially tolerant countries". Washington Post. 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  2. Riach, P. A.; Rich, J. "Field Experiments of Discrimination in the Market Place". The Economic Journal. 112 (483). November 2002: F480–F518. doi:10.1111/1468-0297.00080. Controlled experiments, using matched pairs of bogus transactors, to test for discrimination in the marketplace have been conducted for over 30 years, and have extended across 10 countries. Significant, persistent and pervasive levels of discrimination have been found against non-whites and women in labour, housing and product markets.
  3. CNN, Huizhong Wu. "African students hospitalized in roving mob attacks in India". CNN. 27 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2017.
  4. "India Is Racist, And Happy About It". Outlook. India. 29 June 2009. 29 May 2014 tarixində arxivləşdirilib.
  5. Elizabeth Soumya. "Africans decry 'discrimination' in India". 11 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2015.
  6. Blommaert, L.; Coenders, M.; van Tubergen, F. "Discrimination of Arabic-Named Applicants in the Netherlands: An Internet-Based Field Experiment Examining Different Phases in Online Recruitment Procedures". Social Forces. 92 (3). 19 December 2013: 957–82. doi:10.1093/sf/sot124.
  7. Ludwig, Bernadette. "A Black Republic: Citizenship and naturalisation requirements in Liberia". Migration Letters (ingilis). 13 (1). 2016-01-15: 84–99. ISSN 1741-8992. 2018-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  8. Pager, Devah; Shepherd, Hana. "The Sociology of Discrimination: Racial Discrimination in Employment, Housing, Credit, and Consumer Markets". Annual Review of Sociology. 34 (1). August 2008: 181–209. doi:10.1146/annurev.soc.33.040406.131740. PMC 2915460. PMID 20689680.
  9. Larson, Aaron. "Racial Discrimination Law". ExpertLaw. ExpertLaw.com. 10 January 2017. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2017.
  10. "Facts About Race/Color Discrimination". U.S. Equal Employment Opportunity Commission. 8 September 2008. 13 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2017.
  11. Bertrand, M.; Mullainathan, S. "Are Emily and Greg More Employable Than Lakisha and Jamal? A Field Experiment on Labor Market Discrimination". American Economic Review. 94 (4). 2004: 991–1013. doi:10.1257/0002828042002561.
  12. "Discrimination in a Low Wage Labor Market: A Field Experiment," 2009, American Sociological Review, by Devah Pager, Bruce Western, and Bart Bonikowski
  13. "The Mark of a Criminal Record," 2003, American Journal of Sociology, by Devah Pager
  14. Gaddis, S. M. "Discrimination in the Credential Society: An Audit Study of Race and College Selectivity in the Labor Market". Social Forces. 93 (4). June 2015: 1451–1479. doi:10.1093/sf/sou111.