Etnik estetik cərrahiyə və ya etnik modifikasiya[1] — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir.
Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir.[2] Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir.[3]
Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır".[4]
Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir. Overalın əsas tezisi kollektiv şəxsiyyətə xəyanət və ya diskriminasiyaya dəstək verməsi kimi etnik təbiət və irqi transformasiyaya qarşı olan arqumentlərin transseksual dəyişikliklə bağlı olan arqumentlərlə eyni olmasıdır. Qısa şəkildə, Kristinin fikrinə görə, insanların genderini dəyişməsi normal bir haldırsa, insanların irqini də dəyişməsi normal bir haldır.[5] Alberta Universitetində Gender və Cinsiyyət üzrə professor olan Kressida Heyes Overalın ideyasına qarşı çıxır. Heyes irqi transformasiyanın nəsil, şəxsi mədəni tarix və sosial izahlar tərəfindən müəyyənləşdirildiyindən onun gender transformasiyasından fərqli olduğuna inanır. Heyesin fikrinə görə, transirqi əməliyyatlarla bağlı olan müzakirələr transseksual dəyişikliklərlə bağlı olan müzakirələrdən fərqlənir.[6]