Bu məqaləni vikiləşdirmək lazımdır. |
İrrasionalizm — zəkanın, təfəkkürün idraki imkanlarının məhdudluğunu israrı və intuisiyanın, hissin, instinktin əsas amillərdən sayılmasıdır. İrrasional bilik və irrasional idrak məsələləri bəzi alimlər tərəfindən müxtəlif kontekslərdə verilsə də, ayrıca tədqiqat obyekti kimi öyrənilməmişdir. Məlum elmi ədəbiyatda irrasional idrakın mahiyyəti və strukturunu xüsusi mövzu kimi nisbətən geniş təhlil edən hər hansı bir tədqiqat əsəri demək olar ki, yoxdur. İrrasional bilik problemi, İrrasional idrak fenomeni, Orta əsr Qərb və Şərq fəlsəfə təfəkkürünün inkişaf qanunauyğunluqları kontekstində irrasional təfəkkürun genişlənməsi deməkdir. Qərb və Şərq fəlsəfə tarixində irrasional idrakın spesifik cəhətlərinin ziddiyyəti daha qabarıq şəkildə önə çıxarılır.