İssık-Kul(qırğ. Ысык-Көл - Isık-Köl). Qırğızıstanın şimal şərqində, Qazaxıstan sərhədinə yaxın bir bölgədə olan qapalı hövzə gölüdür.
İssık-Kul | |
---|---|
qırğ. Ысык-Көл | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.606 m |
Eni | 60 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 688 km |
Sahəsi | 6236 km² |
Həcmi | 1738 km³ |
Su tutumu | 15,844 km² |
Dərin yeri | 702 m |
Orta dərinliyi | 278 m |
Yerləşməsi | |
42°26′00″ şm. e. 77°11′00″ ş. u.HGYO | |
Ölkə | Qırğızıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür. İssık-Kul dünyanın ən böyük krater gölüdür.
Qarla örtülü dağlarla əhatələnmiş olmasına baxmayaraq, gölün suları heç vaxt donmur, buna görə gölün adı "istilik və ya isti, ilıq göl" mənasını verən qırğız dilində "Isık-Köl"dür. Qırğızlar bu gölü "Qırğızıstanın bermeti (incisi)" deyə adlandırmışlar. Gölün uzunluğu qərb-şərq istiqamətində 182 km, şimal-cənub istiqamətində eni 60 km-dir. Sahil xəttinin uzunluğu 988 km, səthinin sahəsi 6.236 km²-dir. Gölün orta dərinliyi 278 m., ən dərin yeri isə 668 m-dir. Gölün yaxınlığından regionun ən iri çayı olan Çu axır.