İsa Məmməd oğlu Məmmədov (5 mart 1956[1], Qafan rayonu – 23 iyun 2024) — Azərbaycanın əməkdar rəssamı (2021).
İsa Məmmədov | |
---|---|
Doğum tarixi | 5 mart 1956[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 2024 (68 yaşında) |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
İsa Məmmədov 1956-cı ildə Zəngəzur mahalının Qafan rayonunda dünyaya göz açıb. İsa Məmmədov ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1974–1979) almış, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəngkarlıq fakültəsini (1982–1988) bitirmişdir.[2]
Yaradıcılığında daha çox mənzərə janrına üstünlük verir. Bu mənada onun "Bakı mənzərəsi" (2005), "Şəki motivi" (2006), "Dənizkənarı milli park" (2007), "Paytaxtın Nizami küçəsi" (2006), "Payız" (2007) əsərlərini xüsusi qeyd etmək olar.[2]
İsa Məmmədovun sevimli mövzularından biri də yaşadığı şəhərin tərənnümü idi. Bu baxımdan onun "Bakı motivi" (2005), "Vağzalyanı meydan" (2006), "Bakı mənzərəsi" (2006), "Fəvvarələr meydanı" (2006), "Üç qız parkı" (2006), "Bakı. Bizim küçə" (2007), "Bakının Milli parkı" (2007), "Bakı vağzalı" (2007), "Payız" (2007), "Bakı" (2009), "Bakı mənzərəsi" (2010) və s. əsərlərini qeyd etmək olar.[3]
İsa Məmmədov hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəngkarlıq" kafedrasında baş müəllim vəzifəsində çalışıb. Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki rəssamlar birliyinin üzvü idi.[4]
2007-ci ildə İstambulda, 2009 və 2010-cu illərdə Almaniyanın Berlin şəhərində, 2010-cu ildə isə Türkiyənin İstanbul şəhərində fərdi sərgiləri təşkil olunub. 2011-ci ilin aprelində, 2016-cı ilin fevralında və aprelində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda fərdi yaradıcılıq sərgiləri təşkil olunub. 2017-ci ildə Almaniyada "Narlar və uca dağlar" adlı sərgidə əsərləri yer alıb.[5][6][7]
2021-ci ilin oktyabr ayında Əməkdar rəssam fəxri adına layiq görülüb.[8]
2024-cü il 23 iyun tarixində vəfat edib.[9]