İsa bəyin evi

İsa bəyin evi və ya İsa xanın yaşayış eviLənkəran şəhərində Axundov küçəsi 50 ünvanında yerləşən ev. Avropa üslubunda inşa edilmiş ev Lənkəranın ilk çoxmərtəbəli tikililərindəndir. [2]

İsa bəyin evi
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Yerləşir Kiçik bazar küçəsi
Sifarişçi İsa bəy Əlibəyov
Tikilmə tarixi 1908-ci il
Vəziyyəti Lənkəran Dövlət Universiteti yerləşir
İstinad nöm.4794 [1]
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
İsa bəyin evi (Azərbaycan)
İsa bəyin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina İsa bəy Əlibəyov tərəfindən 1908-ci ildə tikdirilib.[3] Lənkəranın ilk çoxmərtəbəli tikililərindəndir. Deyilənə görə əslən bakılı olan İsa bəy Əlibəyov xan nəslindən olan qızların birinə elçi göndərir. Ali savadlı eləcə də imkanlı olmasına baxmayaraq ona Lənkəranda mülkünün olmadığına görə qızı vermirlər. Sonradan o qısa bir müddətdə binanı inşa etdirib ailə quraraq özü də Lənkərana köçür. O, Lənkəranın ilk ali savadlı həkimi olur. Sovet işğalından sonra əmlakı müsadirə edildikdən sonra özü sürgün edilir. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir. Abidə 2001-ci ildə Yerli əhəmiyyətli tarixi abidə kimi 4794 nömrəsi ilə qeydiyyata alınıb. [4][5]

  1. "İsa xanın yaşayış evi" (az.). lankaran.mctgov.az. 2021-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.10.2021.
  2. "İsa xanın yaşayış evi" (az.). lankaran.cls.az. 20.03.2015. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2021.
  3. Anar İsgəndərov. "1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı" (az.). elibrary.az. 31.03.2017. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2021.
  4. Cənub bölgəsinin abidələr ensiklopediyasi (PDF). Bakı: Adiloğlu nəşriyyat. 2020. səh. 167. ISBN 978-9952-37-379-0. 2022-03-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-05.
  5. "İsa xanın yaşayış evi" (az.). lankaran.mctgov.az. 2021-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.10.2021.