İsfəndiyar bəy İbrahimbəyov

İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu (1892, Şuşa-Bakı) - Azərbaycanın səhiyyə təşkilatçıla­ rından biri, respublikanın əməkdar Bağır bəy ibrahimbəyov həkimi (1942)> tibb elmləri nami­ zədi (1952).

İsfəndiyar bəy İbrahimbəyov
İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu
Doğum tarixi
Doğum yeri Şuşa
Təhsili Xarkov Universiteti1904[1]

Müəllim ailəsində anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1912-ci ildə Müqəddəs Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o, universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı "Puşey Vodiça" 781 nömrəli qospitalında ordinator işləməyə başlamışdır. 1916-ciJldə ali təhsilini başa vurmuş, 1918-ci ilədək həmin qospitalda ordinator, 1920-ci ilə qədər isə isə Cənub Dəmiryol idarəsinin 19-cu tibb sahəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycanda Sovet Hakimiyyəti qələbə çalandan sonra İsfəndiyar bəy İbrahimbəyov Bakıya dəvət olunmuş, Mərdəkan kənd xəstəxanasına baş həkim təyin olunmuşdur, ona yeni tipli xəstəxana yaratmaq tapşırılmışdı. Təşkilatçılıq qabiliyyəti olan gənc həkimi az bir müddətdə müasir tələblərə cavab verən xəstəxana təşkil etmişdir. İsfəndiyar bəy İbrahimbəyov 1921-ci ildə Əhmədli kəndindəki Lenin adma Toxuculuq Fabrikinə baş həkim təyin olunmuş, sonralar "Azneft" birliyinin Buzovnadakı istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8 nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın (Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926- 1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət edilmişdir. İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə 1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq "Çelyuskinçilər" sonralar isə "Qruzinskiy çay" istirahət evlərinin baş həkimi vəzifəsində çalışmışdır. Uzunmüddətli müalicədən somra Bakıya qayıdan İsfəndiyar bəy İbrahimbəyov Şaumyan (İndiki Xətai) rayon səhiyyə şöbəsinin müdiri, 1939-cu ildən isə M. Əzizbəyov adına şəhər doğum evinin baş həkim olmuşdur. 1940-cı ildən qanköçürmə sahəsinə işə göndərilən İsfəndiyar bəy İbrahimbəyov Azərbaycan Respublikası Qanköçürmə İsfəndiyar bəy İbrahimbəyov 82 Stansiyasında geniş təşkilati və elmi-praktiki işlər aparmış, bunun da nəticəsində idarə yeni binaya köçmüş və sərbəst respublika idarəsi kimi formalaşmışdır. Böyük Vətən müharibəsi illərində bu stansiya hərbi dövrün bütün tələnlərini yürinə yetirmişdir, cəbhəni qanla təmin etmişdir. Respublikanın bir nömrəli donoru isə onun özü olmuşdur. İsfəndiyar bəy İbrahimbəyovun səyi nəticəsində Geman- tologiya və Qanköçürmə Elm-Tədqiqat İnstitutunu yaradılmış və o, bu müəssisənin ilk direktoru olmuşdur. Bir çox elmi kadrlar, təcrübəli həkimlər dəstəsi yetişdirərək bacarıqlı həkim eyni zamanda N. Nərimanov adma Azərbaycan Dövlət Tibb İnsitutunda pedaqoji fəalliyyətlə məşğul olmuşdur. İsfəndiyar bəy Züleyxa xanım İmamqulu bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu.[2][3]

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
  2. Şuşa şəhəri (1750-1850) (kitab)
  3. "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.