İsfahanın Cümə Məscidi

İsfahan Ulu Məscidi və ya İsfahan Cümə Məscidi (Farsca: مسجد جامع اصفهان — Məscid-e-Jāmeh İsfahān) — İranın İsfahan Əyalətindəki bir Cümə məscididir. 771-ci ildən 20-ci əsrin sonlarına qədər davam edən inşaat, yenidənqurma, əlavə və təmir işləri nəticəsində məscid hazırkı formasını almışdır. İsfahan bağlı bazarı, məscidin cənub-qərbində yerləşir. 2012-ci ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısı elan edilmişdir.

İsfahanın Cümə Məscidi
مسجد جامع اصفهان
Xəritə
32°40′11″ şm. e. 51°41′07″ ş. u.HGYO
Ölkə
Üslubu Səfəvi memarlığı[d][3]
Sahəsi
  • 2,0756 ha
  • 18,6351 ha
Material kərpic[3][4], kaşı[3][4]
Rəsmi sayt isfahanjamehmosque.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əməvilər sülaləsi dövründə tikilən bu məscidin sütunlarından birinin şəxsən Şamda xəlifə tərəfindən tikdirildiyi barədə İsfahanda şayiələr mövcuddur. Məscid olmamışdan əvvəl Zərdüştlər üçün ibadət evi olduğu deyilir.