İskəmər

Miladdan iki min, üç min il öncə[1] bu bölgədə (Lulubi) və (Qutti) tayfaları məskən salmışlar, həmin bölgəyə miladd

İskəmər

an qabaq Manna deyərmişlər[2].   Aşur şahı, Parsuva-dan hərəkətə keçib dağları, gədikləri aşıb Misov (Misov=Mişo, Mişov) ölkəsinə gəldi.Ulusunər (Osunu) ona böyük miqdarda hədiyyələr verdi… Sonra Manna şahı (Ulusunu) Sarqonla anlaşdı, Urarto ilə savaşa girib Urmu gölünün şimal hissəsi Manna ərazisi olan Misovu azad edib, Manna dövlətini geri qaytardı. Diyakonov başqa bir yerdə yazırdı: »Sarqonun yazılarında Urmu gölünün şimalı Sankibutu adlandırılır.Kəndlərini gözəl bağ-bağatlı, bulaqlarını qaynar uzun su kanalları, ormanlı-meşəli dağları, verimli torpaqları və əkinçilik sahəsinin modern üslub əsasında qurulduğunu qeyd edir.« (1və2) Professor Zehtabi yazır: »Urartolar bugünkü Güney mahalını yüz il əlində saxlamış, burada eləcə də Təbriz və Salmas məntəqəsində bu yüz il ərzində böyük əkinçilik işləri və abadanlıq tədbirləri görmüşlər.« (2)   Sonralar bu bölgəyə  Güney adı verildi.  Bu söz təbiətdən qaynaqlanan  sözdür, türkcəmizdə cənub deməkdir,  daha doğrusu Mişov dağlarının cənubu anlamını ifadə edir. Daha sonra Ərvənəg-Ənzab, bu gün isə (3) Şəbistər rəsmi dövlət dairələrində (1351-1950) ilə qədər tanınmış Ərvənəg-Ənzaba xalq içində hələ də Güney deyilir. Bu bölgə Təbrizin şimal qərbində yerləşmişdir.Həmdullah Mustovfi bu haqda belə yazır(4): »Təbriz yeddi bölümdən ibarətdir, dördüncü bölümü Ərvənəgdir, on beş ağac uzunluğu beş ağac eni var.« Başqa bir sözlə uzunluğu yüz on kilometr[3] (110 km), eni otuz kilometrdir (30 km). Dəniz səviyyəsindən yüksəkliyi 1275-1300m –dir[4].Güneyin şimalında Mərənd, şimal şərqində Əhər, qərbində Salmas, cənubunda Urmu   gölü yerləşir.Mişov dağı 100 km uzunu 30 km eni ilə bu bölgəni bir divar kimi ikiyə bölür. Mişov dağının ən yüksək zirvəsi Ələmlardır. Ələmdarın hündürlüyü 3165m-dir. Bu zirvə Təsi şəhərinin istiqamətində yerləşir.  İndi yüksək zirvəsi Fələk dağıdır ki, hündürlüyü 3155m-dir. İran Coğrafiya Sözlüyü kitabında Uzun yel (2910) və Kosaaba (Kosababa) (3040)zirvələrin adı  yüksək  qeydə alınmışdır. (5) Bu dağın şərq istiqaməti Mirov (Moro) dağıdır. Morov dağının ən yüksək zirvəsinin hündürlüyü də 2187m-dir. Bu dağın Urmu istiqaməti isə Marmişov adlanır. (6) Güney Təbrizin 10 km-dən başlanaraq Salmas şəhərinə qədər davam edir, iki min dörd yüz kvadrat kilo-metrə malikdir.

Bu ərazidə 87 kənd və 2 mərkəzi rayon (bəxş ) 8 qəsəbə 6 şəhər var, mərkəzi isə Şəbistərdir. 1951-1330-cu ilin rəsmi statistik mə'lumatına görə Güneyin71 kəndində 87970-nüfus yaşayırmış. (7)

Səfərlər şəhərlər arası asfalt yol və gəmidən əlavə dəmir yolu vasitəsi ilə də olur. Bu gün Güney iki yol vasitəsi ilə Avropanı Təbrizə bağlayır.

1-       Dəmir yolu

2-       Avtomobil yolu (8)

İskəmər (İsmikəmər ) 3 km (9) Sofyanın şimal qərbində 6 km Şəbistərin şimal şərqində (10) 34 km Təbrizin şimalında 80 km, Naxçıvanın cənubunda 670 km Tehran məsafəsində 34 dəqiqə zaman fərqi ilə yerləşir.

İskəmərin hüdudları:  Mişov dağlarında Bənd Çır-çır hüdudları, Mişov dağlarının güney qismi doğu-batı istiqamətində, şərqində yerləri Qətqahi Yengicə (Yencə) Sofyan, cənub və cənub şərq dəmir yolunun altında karvan yolunun hüdudları, cənub qərbdə Ne'mətullah kəhərlik yerlərinə qədər və cənubunda Ərdəkan dərəsi, həddarası davamı Əlabaslar, Meytərmət və Sərkənzə hüdudlarına qədər tanımışdır.

Meteoroloji: İskəmərin 6–5 km-lik məsafəsində olan (11) meteoroloji mərkəzinin verdiyi bilgiyə görə 1971 və 1972-ci illərdə 367/3 mili litrə qədər yağış və havanın soyuqluğu Bəhmən (yanvar) aylarında 27/30-dərəcəyə qədər şaxta olar, istiliyi isə Tir (iyul) aylarında 40 dərəcəyə yüksəlir. 1979-1980 (1358-1359)-ci illərin Mehr (oktyabr) ayından e'tibarən 219/1 mili litr yağış  yağmış, 1980-1981(1360-1361)-in Mehr (oktyabr) ayından e'htibarən 336/2 mili litrə yağış yağmışdır.

1982-83-cü ilin Mehr (oktyabr) ayından e'htibarən208/7 mili litr.

1983-84-cü ilin Mehr  (oktyabr) ayından e'htibarən 189    mili litr.

1984-85-ci ilin Mehr  (oktyabr) ayından e'htibarən 264/3 mili litr.

1985-86-cı ilin Mehr  (oktyabr) ayından e'htibarən 273    mili litr.

1986-87-ci ilin Mehr  (oktyabr) ayından e'htibarən 166/4 mili litr.

1987-88-ci ilin Mehr  (oktyabr) ayından e'htibarən 334/7 mili litr.

1988-89-cu ilin Mehr (oktyabr) ayından e'htibarən125/4 mili litr.

Küləklər: Bu bölgədə əsən Ağ yel (Cənub yeli) Qara yel (Şimal yeli), (12) Və'də yeli, Meh  yeli, Təbriz yeli, Xoy, Salmas, Xiyavan, Miyankəməran yelləri.

Ağ yel- Cənub və cənub qərbdən əsir. Aralıq dəniz (Ağ dəniz) istiqmətindən gəlir. Bu yel Mişov dağının qarlarının əriməsinə səbəb olur və bə'zən ağ yağışın yağması ilə birlikdə yazın gəlməsinin müjdəsini verir.

Qara yel- Şimal şərqdən cənub qərb istiqamətində əsir. Payızın xəbərçisidir. Əkinçilər bu yeldən faydalanıb xırman sovurarlar.

Xiyavan yeli- Qərbdən və Miyankəməran yeli isə şərqdən

Meh yeli- Payızda əsməyə başlayar, bu yel Mişov dağlarından cənub istiqamətində əsir, soyuq hava gətirir.

Təbriz yeli-YaydaTəbriz istiqamətində əsir,sərin və xoş hava gətirir.

Və'də yeli- Və'də yeli qışdan sonra yerin nəfəs alması ilə əlaqələndirilir, bayrama neçə həftə qalandan başlayır, özü ilə bərabər yazı gətirir və qarların əriməsinə səbəb olur, ilk bahar başlayır.

Xoy və Salmas yelləri də bu şəhərlərin istiqamətində əsir.

Sosial həyat- Heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq, toxuma sənayəsi (xalı, xalça, kilim, gəbə,…).

Alış-verişdən əlavə bə'zi texniki (sənət ) işlər ( dülgərlik, dəmirçilik,…və sayirə) dayanır. Yeddi yüzə (700) yaxın yeraltı su kanalları və kəhriz var. Bunların yarısı təxrib olub. Qalan yarısı isə təqribən istifadədədir, Ərvənəq-Ənzab kitabında quyuların dərinliyi 120 m qeyd  edilir.

İskəmərin yeraltı  su, bulaq və kəhrizləri:

Çimən suyu

Hözəmər kəhrizi

Çeşmə suyu

Dib göl

Ara göl

Abbasava bulağı

Taza kəhriz

Nurməmməd suyu

Şah Murad gölü

Qətgahi kəhriz

Çay gölü

Qatırçı  bulağı

Təkə əli  bulağı[5]'''

Yengicə  suyu[6]'''

İskəmərdə mekanizə dərin su motorları:

Qədim motoru

Cəmşid motoru

Əhməd motoru

İsmayıl motoru

Statistika- Güney əhalisi tamamı ilə Türk və müsəlmandır. 1330-1951-ci ildə İran Coğrafiya Sözlüyü kitabında yazır İskəmərin (Sifidkəmər) nüfus sayı 1550-Şiə və  Türk(13).

1335-1956-ci il statistik mə'lumata görə bu kəndin əhalisi 1394 nəfərdən ibarət idi, 648 kişi 710 qadın (14).

Ölkə Şenlikləri Sözlüyü, 1-ci cildində yazır: İsmikəmər (Sifidkəmər) Sofyanın kəndlərindəndir, əhalisi 190 nəfər ailə 338.

Cahad Sazəndəginin statistik mə'lumatına görə, 1360-1981-ci ildə Şərqi Azərbaycan bölümündə yazır: İskəmər (Sifidkəmər) 620 nəfər 460 ailə .

1375-1996-cı ildə statistik mə'lumata görə, yazır: Sifidkəmər-İsmikəmər cənubi Mişov kəndlərindən, evlərinin

sayı 234.

Ailələrin sayı 246.

Əhalinin sayı 1127 nəfər (15).

Ailə həyatı: İskəmərin qonaq sevərliyi, mehribanlığı, cəsarətli və döyüşən insanları dillər əzbəridir. Ailə bağlılıqları o qədər möhkəmdir ki, 80 ildə yalnız 6 boşanma davası açılmışdır.

Kənd təsərrüfat məhsulları: sulu buğda, dem buğda 53,

Sulu arpa 40, dem arpa 13, və sayirə 13,

Bağçılıq məhsulları 560

Mal-davarın sayı 330 baş

75-96-cı ilin statistik mə'lumatında deyilir: (16)

qara mal 250 baş,

qoyun 600 baş,

at və eşşək 221 baş.

Bağçılıq məhsulları və üzüm növləri: nar, armud, alma, alı, gilənar, sarıgilas, hülü, şaftalı, çiyələk, ağtut, qarağat, qaratut, ərik, qohun, qarpız,qıra, xiyar,zərinc, badam,cəviz, fındıq, püstə.

Üzüm  növləri:

Kişmiş üzüm

Əsgəri üzüm

Göy üzüm

Qara üzüm

Ağ üzüm

Gəlin barmağı     

Şahani üzüm

Xatın barmağı

Əli baba

Dödə

Qırmızı üzüm

Qırmızı sahabı

Qızıl üzüm

Təbərzə

Xəlili

Vaxtı ilə bu növ məhsulları Təbriz, Sofyan, Mərənd, Şəbistər, İstanbul, Bakı, Dağıstan kimi şəhərlər və mahallara aparıb satarmışlar.

İskəmərdə  yeddi günlərin adı:


Sofyan bazarı

İskəmər ((kənd))bazarı

Kündür bazarı

Sis bazarı

çövstər bazarı

Xumna bazarı

Cümə günü

İskəmərdə deyilən çəki daşları :

Xalvar …………….......…...500 kilo

Batman …………....…..….5     kilo

Bir çərək …………...…..250 qram

Bir siyə …………....…….125 qram

Bir ponza ………..……..62/5 qram

Dirəm (dirhəm) ………31   qram

İskəməri yoxsulluğa , fəlakətə uğradan səbəblər nədir ?

1-Xalqın öz ana dilində təhsil ala bilməməsi.

2-Yerli əhalinin şəhərlərə və sayir yerlərə köçmək yaxud sürülməsi.

3-Yeni sənayənin bu bölgədə heç görünməməsi.

4-Dövlət iqtisadi və sosial yardımlarının kifayət qədər olmaması.

5-İnfilyasının yüksək səviyyədə olması.

6-Narkotik maddələrin yayğınlaşması.

7-Su azlığı.

8-Xalqın təbiətdən bilimsiz və yersiz istifadə etməsi nəticəsində meşəliklərin yox olması və ərazinin çölləşməsi (məsələn qışların soyuq olmasına görə ağaclar odun yerinə yandırılır və ağac dalları kəsilib yarpaqları heyvanlara yem edilir).

9-Əazinin bitkisiz olması nəticəsində  torpaq yağışla  birlikdə  axıb gedir və  çölləşmə təhlükəsi daha da artır .

10-Təbrizin petrokimya fabrikasının buraxdığı zəhərli maddələri bu bölgənin heyvan, bitki, tarın (əkinçilik) məhsularına tə'sir etmiş və onları verimsiz əmələ gətirmişdir.

Bunlar ölkəmizdə yoxsulluğa, aclığa …bu kimi səbəblərə yol açır.

Güney əhalisi xüsusi ilə İskəmərlilər keçmişdə iş probləminin həlli üçün Bakı, Tiflis ,İstanbul, Rusiyaya … gedərdilər. Kənd əhalisinin böyük qismi indi də olan Tehranda , Tabrizdə, Urmuda, Bakıda, Gencədə və Qazaxda yaşayırlar. Bu gün 500-600 evdən ibarət olan kənddə cəmi 300 ailə yaşayır. Tehranda isə (17) 500 ailədən ibarət 3000 nəfər yaşayır. Təqribən həmin sayda da Təbriz, Urmu, sofyan, Bakı, Gəncə, …də yaşayırlar.

Tə'lim-tərbiyə:

Hər guşəsinin öyüd verən və uzun bir tarixi xatırladan İskəmər məktəbidir, bu məktəbdə İbrahim Dəryani 1330-1951-ci ildə 103 nəfər ilə eyitimə başladı. Bu məktəbin ilk öyrətmənləri Hüseynqulu Purşir, Səməd Tahiri, Məhəmməd Əlinuhi, Əli kövsərzadə, Kərim Rəsuli olmuşdur.

İnşaat materialları: Binaların bir çoxunun materialı daş, kərpic, çiy kərpic, çamur və betondan ibarətdir.

Urmu gölü: Dünya göllərinin içərisində sahəsinə görə 20-ci  yeri tutur. Azərbaycanda isə 2-ciliyə sahibdir. Demək, Xəzər gölündən (dənizdən) sonra ən böyük göl Urmu gölüdür. Van  gölünün qardaşı sayılan Urmu gölü, şimal-cənub məsafəsi 130–1140 km-dir. Eni orta hesabla 15–50 km-dir. Dərinliyi isə 16-18 metrə çatır. Bu göl 35 min kv-m sahəsi vardır. Suyun azalıb-çoxalması ilə əlaqədar 4-6 min kv-km qədər yüksəlir. Bu gölün şəfalı suyu bir çox xəstəliklərin xüsusi ilə dəri və romatisma xəstələklərinin müalicəsində mühüm rol oynayır, elə bu üzdən Azərbaycanın  turist mərkəzlərindən biri sayılır.

Urmu gölü Yunesko  tərəfindən qorunan 59 təbii bölgələrin biridir. Hər hansı bir istifadə, xüsusi ilə, Göy (Qoyun) adasında qadağan olmuşdur.

Urmu gölünün adaları:

Bu göldə 102 ada və daş qayalıq var. Ən tanınmışlar aşağıdakılardır:

Şaha (İslami) ada

Qoyun dağı

Eşşək ada

Doqquzlar adası

Arpadərə adası

Gəmiçi ada

Daş ada

Yastı ada (mirkid ada)

Arzu ada [1]  

İspir ada

Mirkid ada

Yalnız Şaha adası məskunlaşmışdır. Bu ada ilin bə'zi aylarında yarım adaya çevrilir. Bu adanın 9 km uzunu 3 km eni var, demək təqribən 254 kvadrat metr sahəyə malikdir. Ərvənəq-ənzab kitabında adanın sahəsi 95 kvadrat metr qeyd olunmuşdur. Bu ərazidə 7 kənd var. 

Kəndlərin adları:

   Saray

   Gəmiçi

   Ağgünbəz

   Borçalı (Boraçarlu)

   Qıbçaq

   Teymurlu

   Xarallı (Bəhramabad)  

1355-ci il statistik mə'lumatına görə bu adada 861 ailə və 4615 nəfər yaşayır. Adaya daha da gözəllik verən ətraf dağlarıdır. Bu dağlardan ən böyük və ən yüksək zirvəyə malik olanı Düyün dağıdır ki, zirvə yüksəkliyi 2180 metrdir. Hulakuxan adına bir qala var və Hulakuxanın qəbri də bu qaladadır  [2].

Urmu gölünə axan çaylar:

Bu gölə axan çayların bir çoxu Mişov, Savalan, Səhənd və Mirov dağlarından axan sellərdən əmələ gəlir.  

Axan çaylar:

İskəmər çayı

Kaftar alı çayı

Çay dərəsi

Hiriz çayı

Kimer su

Sufi çayı

Acı çay

Ulu çay

Marağa çayı

Tufarqan çayı

Mirov çayı

Lilan çayı

Quru çay

Keçi çayı

Qala çayı

Cığatay çayı (zərrinə)

Tatau çayı (siminə)

Qadir çayı

Barandız çayı (Baba)

Şəhər çayı (Sur, Sru)

Nazlı çayı

Zola çayı

Bərkişli çayı

Sərdar çayı'[3]'

Bu çayların bir çoxu iqlim şəraitindən asılı olaraq qurumuşdur. Urmu gölünün duzu %30-%28 dir, şorluq dərəcəsinin artma səbəblərinin biri də Acı çay kimi şor suların oraya axmasıdır.

Bu gölün limanları:

Şarabxana[4]

Qolmanxana

Heydərava [5]