İslam və elm

İslam və elm — İslamın geniş şəkildə yayıldığı və İslam dövlətlərinin inkişaf etdiyi çağlarda İslam torpaqlarında bir çox elm adamı yetişmiş və elmi fəaliyyətlər vüsət almışdır. "Elm" termini "bilik" mənasına gəlir və İslam mədəniyyətində mühüm yerə sahibdir[1][2].

İslamın qızıl çağı

[redaktə | mənbəni redaktə et]

"İslamın qızıl çağı", yaxud "İslam intibahı" adlandırılan dövr VIII əsrdən XVI əsrədək İslam aləminin inkişafını ifadə edən mərhələdir. Bu dövrdə anatomiyaastronomiya kimi elmlər də öyrənilmişdir[3].

Quran və elm münasibəti

[redaktə | mənbəni redaktə et]

Quran və elm münasibəti İslam dünyasında İslam və elm münasibətindən ayrı olaraq, xüsusi bir yerə malikdir.[4] Bəzi İslami qruplar Quranın keçmiş və gələcək hər şeyi əhatə etdiyi, bu səbəblə də elmi inkişafları nəzərdən qaçırmayacağı fikri ilə Quranda müxtəlif elmi kəşf və inkişaflaran işarə edən ayələr olduğunu və bu vəziyyətin möcüzə hesab edildiyini vurğulayır. Bəzi müəlliflər isə Quran ayələrini elmi məlumatlarla izah etməyi filoloji, ritorik və inanc cəhətdən təhlükəli hesab etmişdir. Bəzi şəxslər də Quran və elm arasında cifr, əbcəd kimi hürufilik metodları istifadə edərək əlaqə yaratma və Quran ayələrindən yeni mənalar çıxarmağa meyillidir. Məsələn, "ələq" kəlməsinə yüklənən "genetik kod" mənası, yaxud Quranda DNTRNT-dan bəhs edildiyi iddiası bu meyilin hüdudlarını göstərmək üçün nümunə ola bilər[5].

  1. "Muslim Heritage". 2011-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  2. "Islamic astronomy by Owen Gingerich". 2011-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  3. "Islam and Science – Concordance or Conflict?". 2013-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  4. "PDF" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-29.
  5. "MucizeYalanlari". 2015-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.