İslandiyada islam

İslandiyanın Müsəlman Mədəniyyət Mərkəzi Reykjavikdə Ýmishúsið adlı evin ikinci mərtəbəsində yerləşir.

İslandiyada islam — azlıq dinidir. Pyu Araşdırma Mərkəzi İslandiyada müsəlmanların sayının minimum 10.000-dən aşağı olduğunu təxmin edir və rəsmi statistika bu rəqəmi 1.300-dən az olduğunu göstərir.

Müsəlman mənbələrində İslandiyanın adı ilk dəfə Məhəmməd əl-İdris tərəfindən söylənmişdir. Tabula Rogeriana bunu kitabında təsvir etmişdir.[1][2] XIII əsrin sonlarından etibarən İslam dünyasının fərqli bir versiyası orta əsr İslandiya yazılarında ortaya çıxır. Bu yazılar tez-tez İslam dünyasını "dindar" kimi təsvir edən halları və orta əsr Qərbində yayılmış İslamın yanlış anlaşılmasını əhatə edir. Müsəlmanların İslandiyaya gəlməsinin ən erkən nümunəsi 1627-ci ildə holland müsəlman Jan Yanszun və Barbar dəniz quldurlarının İslandiyanın bəzi hissələrinə, o cümlədən cənub-qərb sahillərinə, Vestmannaeyjar və şərq fyordlarına basqın etdikləri zaman baş verib. Bu hadisə İslandiya tarixində Tyrkjaránið ("Türk qaçırmaları") kimi tanınır.[3]

Demoqrafik məlumat

[redaktə | mənbəni redaktə et]
İslandiyadakı Müsəlman Dərnəklərinin üzvləri zamanın funksiyası kimi

Salmann Tamimi hesab edir ki, 1971-ci ildə İslandiyaya gəldiyi zaman orada bəlkə də yeddi müsəlman yaşayırdı. Ancaq 2013-cü ildən:

  • İslandiya Müsəlman Cəmiyyətinin (Félag múslima á Íslandi) 465 üzvü var.
  • "İslandiya İslam Mədəniyyət Mərkəzi"nin[4]305 üzvü var.

İslandiya Müsəlman Birliyi

[redaktə | mənbəni redaktə et]

İslandiya Müsəlman Birliyi 1997-ci ildə fələstinli mühacir Salmann Tamimi tərəfindən təsis edilmişdir. Fevralın 25-də isə rəsmi olaraq tanındı. 2010-cu ildən İbrahim Sverrir Aqnarsson sədr seçildi. 2014-cü ilə olan məlumata görə, assosiasiyanın 465 üzvü var. İslandiya Müsəlman Birliyi hazırda Reykyavikdəki ofis binasının üçüncü mərtəbəsində sünni məscidi olan Reykyavik məscidini idarə edir. Qurumun iki imamı var və gündəlik namazlarda yerli islandiyalılar və ziyarətçi müsəlmanlar iştirak edir. Həm də həftəlik cümə namazı qılınır. 2000-ci ildə Müsəlman Birliyi Reykyavikdə məscid tikmək üçün müraciət etdi. Uzun bir prosesdən sonra tikintiyə icazə 2013-cü il iyulun 6-da verilib. Dualar ərəb dilində oxunur, lakin yığıncağın müxtəlifliyi səbəbindən ingilis və island dillərindən də istifadə olunur. Assosiasiya müntəzəm olaraq həm ərəb, həm də island dillərində kurslar təşkil edir. Şənbə günləri müxtəlif yaşlarda olan uşaqlar üçün Quran dərsləri keçirilir.

İslandiya İslam Mədəniyyət Mərkəzi

[redaktə | mənbəni redaktə et]

İslandiya Mədəniyyət Mərkəzi 2008-ci ildə əslən Mərakeşdən olan Kərim Askari tərəfindən təsis edilib və 2014-cü ildən etibarən 305 üzvü var. 2011-ci ildə Mərkəz əslən Misirdən olan Əhməd Seddeqini imam olaraq işə qəbul etdi.[5]

  1. "Religious Composition by Country, 2010-2050". Pew Research Center's Religion & Public Life Project. 2015-04-02. 2017-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
  2. "Populations by religious and life stance organizations 1998-2018". PX-Web. 2016-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  3. "Al Jazeera Shoots Documentary on Icelandic Muslims". Iceland Review. 17 Aug 2011. 12 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2011.
  4. Eygló Svala Arnarsdóttir, 'To a Mosque on a Magic Carpet', Iceland Review, 52.1 (2014), 64–68 (p. 67).
  5. Eygló Svala Arnarsdóttir, 'To a Mosque on a Magic Carpet', Iceland Review, 52.1 (2014), 64–68 (pp. 65–66).