İsmət İnönü Ev Muzeyi — Türkiyənin İstanbul şəhərində yerləşən ev muzeyi. Çəhrayı Köşk, Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönünün 48 ilini keçirdiyi evdir.
Çəhrayı köşk | |
---|---|
Ölkə | |
Yerləşir | Heybəliada, İstanbul Türkiyə |
39°53′41″ şm. e. 32°51′39″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
İsmət İnönü Çəhrayı Köşkü 10 sentyabr 1923-cü ildə bağ evi olaraq evin köhnə sahibi Mehmet Uzunzadədən satın alınıb, 1925-ci ildə ailəsi ilə birlikdə buraya köçdü və 1973-cü ilə qədər burada yaşadı.
İnönü Fondu tərəfindən ev muzeyi olaraq hazırlanan Çəhrayı Köşk, hər il millî bayramlarda ziyarətə açılır. Çəhrayı Köşkdə İnönü ailəsinə aid əşya, medallar, Atatürk ilə yemək yedikləri otaq, İsmət İnönünün Atatürk ilə bilyard oynadığı masa, İsmət İnönünün səhra binoklı, şahmat masası, silahlar, geyimlər sərgilənməkdədir. Köşkün üst yanındakı ağaclıq sahədə İsmət İnönü və həyat yoldaşı Mevhibə İnönnnün birlikdə heykəlləri, köşkün qarşısındakı parkda isə heykəltaraş Minə Sunar tərəfindən hazırlanmış 4,5 metr uzunluqda, 3 ton ağırlığında bir İnönü heykəli yerləşir.